Qeyri-həyat və həyat sığortası xidmətləri ilə bağlı mövcud və potensial müştərilərin əksəriyyəti sığorta şirkətlərinə zəng edərək müraciətlər edir. Statistika göstərir ki, sığorta şirkətlərinə ən çox müraciət qeyri-həyat sığortasında avtomobillərin icbari və ya kasko sığortası növü üzrə daxil olur.
Qeyd olunmalıdır ki, sığorta hadisəsi, o cümlədən avtomobil qəzası baş verdiyi anda müştəri dərhal sığorta şirkətinin qaynar xəttinə zəng vurur. Bu bir qaydadır və müştəri qəza barəsində məlumat verməyə borcludur. Bu qayda hətta sığorta müqaviləsində də qeyd olunur. Lakin bir məsələni də nəzərə çatdırmaq lazımdır ki, avtomobilin qəza anında sürücünün vəziyyətini nəzərə alsaq, şirkətin qaynar xətti hər cür vəziyyətə hazır olmalı və müştərinin suallarını dəqiq və dolğun cavablandırmaq məsuliyyəti daşıyır.
Buna görə də, FED.az olaraq Azərbaycandakı sığorta şirkətlərinin qaynar xətti ilə əlaqə saxlayaraq onların mövcud vəziyyəti ilə bağlı araşdırma yazını təqdim edirik:
“AXA MBASK”ın qaynar xətti (950) ikinci şəxs olaraq müştəri xidmətlərinə bağlayır. Bundan sonra müştəri xidmətləri üçüncü şəxsə yəni müvafiq şöbənin mütəxəssisinə bağlayır və ya müştərinin telefon nömrəsini alaraq mütəxəssisə yönləndirir.
“Günay Sığorta”nın qaynar xətti (990) müştərinin suallarını düzgün və operativ şəkildə cavablandırır. Şirkət yaxın vaxtlarda onlayn məsləhətçi xidmətini də tətbiq edəcək.
“AtaSığorta”nın qaynar xətti (012 510 40 58) də müştərilər tərəfindən verilən sualları operativ şəkildə cavablandırır.
“Qala Həyat” sığorta və “Qala Sığorta”nın qaynar xətti (1540) operativ və dolğun şəkildə müştərilərin suallarını cavablandırır. Yaxın vaxtlarda hər iki şirkətin saytında onlayn məsləhətçi xidməti tətbiq ediləcək.
“Atəşgah Həyat Sığorta”nın və “AtəşgahSığorta”nın qaynar xətti (940) 7/24 fəaliyyət göstərir. Şirkətin qaynar xətti həyat sığortası üçün müştərini ikinci şəxsə, avtomobil sığortası üçün isə əlaqə telefonu alaraq mütəxəssisin zəngini gözləməyi xahiş edir. Şirkətin saytında onlayn məsləhətçi xidməti fəaliyyət göstərir.
“A Group”un qaynar xətti (*0909) müştərini ikinci şəxsə (mütəxəssisə) yönləndirir. Sözügedən şirkət, avtomobilləri sadəcə kasko sığortasını həyata keçirir. Şirkətin saytında onlayn məsləhətçi xidməti yoxdur.
“PAŞA Həyat”ın qaynar xətti (012 942) müştərilər tərəfindən verilən sualları dərhal cavablandırır. Şirkətin saytında onlayn məsləhətçi xidməti də fəaliyyət göstərir.
“Paşa Sığorta”nın qayanar xətti (*7000) də 7/24 saat fəaliyyət göstərir. Şirkətin saytında onlayn məsləhətçi xidməti mövcuddur.
“İpək Yolu Sığorta”nın qaynar xətti (012 598 38 50) verilən sualları operativ şəkildə cavablandırır.
“AzSığorta”nın qaynar xətti (*6565) zənglər zamanı müştəriyə iki üsul təkfif edir. Birinci yol ikinci şəxsə bağlamaq, ikinci yol isə “Əlaqə nömrəsi verin mütəxəssis sizinlə əlaqə saxlasın” deyir. Şirkətin saytında onlayn məsləhətçi xidməti tətbiq edilməyib.
“Azərsığorta”nın qaynar xətti (050 234 99 72) əlaqə saxlayan müştərinin sualını müvafiq mütəxəssisə (ikinci şəxsə) yönləndirir. Şirkətin rəsmi saytında onlayn məsləhətçi xidməti tətbiq edilməyib.
“Standart İnsurance”nın qaynar xətti (930) müştərini ikinci şəxsə (mütəxəssis) bağlayır. İkinci şəxs suallarımızı dəqiq və dolğun cavablandırdı. Saytın rəsmi saytında onlayn məsləhətçi bölməsi olsa da xidmət göstərilmir.
“Azərbaycan Sənaye Sığorta”nın qaynar xətti (012 404 13 03) müştərini ikinci şəxsə bağlayır. İkinci şəxs suallarımıza dolğun və operativ şəkildə cavablandırsa da şirkətin saytında onlayn məsləhətçi xidməti fəaliyyət göstərmir.
“Xalq Sığorta”nın qaynar xətti (012 598 66 00) saytın aşağı hissəsində qeyd olunub. Şirkətin qaynar xətti müştərini ikinci şəxsə bağlayır. İkinci şəxs isə müştərinin bütün məlumatlarını aldıqdan sonra üçüncü şəxsə (mütəxəssis) əlaqə telefonumuzu verərək onun bizimlə əlaqə saxlayacağını bildirir. Şirkət yaxin vaxtlarda onlayn məsləhətçi xidmətini tətbiq edəcək.
“Bakı Sığorta”nın qaynar xətti (969) gün ərzində məşğul olduğu üçün əlaqə saxlamağımız mümkün olmadı. Şirkətin saytında onlayn məsləhətçi xidməti fəaliyyət göstərir.
“Meqa Sığorta”nın qaynar xətti (012 565 32 32) saytın əlaqə bölməsində əlavə olunub. Operator müştərini ikinci şəxsə (mütəxəssisə) bağlayır. Mütəxəssis suallarımıza dolğun və operativ şəkildə cavablandırsa da şirkətin saytında onlayn məsləhətçi xidməti fəaliyyət göstərmir.
“Rəvan Sığorta”nın qaynar xətti (055 238 33 11) saytın əlaqə bölməsində göstərilib. Zəngimizi cavablandıran operator müştərini aidiyyatı üzrə ikinci şəxsə (mütəxəssisə) bağlayır. Mütəxəssis bütün lazımi suallarını soruşduqdan sonra müştərinin cavabını az sonra əlaqə saxlayaraq bildirəcəyini deyir. Şirkətin saytında onlayn məsləhətçi xidməti tətbiq edilməyib.
“Əmrah Sığorta”nın qaynar xətti (012 598 31 19) müştərilərin suallarına qeyri-dəqiq və qeyri-əminlik şəkildə cavablandırır. Saytda onlayn məsləhətçi xidməti yoxdur.
“Naxcıvan Sığorta”nın rəsmi internet saytında heç bir məlumat əks etdirilməyib.
Sığortaçıların “Qaynar xətt”lərinin vəziyyəti - ARAŞDIRMA
13:57
13 Dek 2017