"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəyli vəzifəsini tərk edir.
M.Abbasbəyli FED.az-a bildirib ki, Assosiasiyaya bu ilin sonuna qədər rəhbərlik edəcək.
Gələn ildən isə ASA-nın idarə edilməsi mexanizmi dəyişəcək. Belə ki, Assosiyasiyanın sədri vəzifəsi saxlanılmaq şərtilə, təşkilata üzv olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir.
M.Abbasbəyli bildirib ki, bu qaydanın tədricən bütün təşkilatlarda tətbiq ediləcək.