FED.az saytı oxucuların marağını nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin İdarə Heyəti Sədri vəzifəsində çalışanlar və bu vəzifəni müvəqqəti olaraq icra edənlərin hansı xarici təhsilə malik olduqları haqda yazını təqdim edir:
Eləcə də bax: Azərbaycanın sığorta şirkətlərinin qadın rəhbərləri – SİYAHI
Aparılmış araşdırmanın nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən yalnız 6 şirkətin rəhbərinin xarici təhsilli var. Qalanları isə yerli təhsilli sədrlərdir.
FED.az sizə həmin siyahını təqdim edir.
ƏLİYEV Azər Allahverdi oğlu – “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədridir. O, Fransa Neft İnstitutu (IFP Məktəbi Rueil-Malmaison, Fransa) və Moskva Dövlət Hüquq Akademiyasında (Rusiya Federasiyası) magistr təhsili alıb.
Sevinc GÜLMALIYEVA – “Meqa Sığorta”nın İdarə Heyətinin sədridir. S.Gülmalıyeva Böyük Britaniyanın “Çarter Sığorta Universiteti”nin məzunudur.
Niyazi İMANOV - “İpək Yolu Sığorta” şirkətinin İdarə Heyətinin sədridir. İqtisad üzrə fəlsəfə doktoru olan N.İmanov 2015-2017-ci illərdə Hollandiyanın “Maastricht School of Management” universitetinin “Executive MBA” dərəcəsi üzrə təhsil alıb. N.İmanov Azərbaycan maliyyə bazarında peşəkar maliyyəçi və sığortaçı kimi tanınır.
Orxan MƏMMƏDOV – “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədridir. O.Məmmədov 2015-ci ildə Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) İdarəetmə üzrə Magistr (Master in Management) dərəcəsi almışdır. O.Məmmədov maliyyə sektorunda, xüsusən də sığorta sahəsində bir çox tanınmış şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. 2009-cu ildən Böyük Britaniyanın
Chartered İnsurance İnstitute üzvüdür və CertCII dərəcəsinə sahibdir. Həmçinin Mərkəzi Avrasiya Liderlik Alyansının (CELA) 2011-ci il məzunu və aktiv üzvüdür.
ƏLİYEV Azər Əmiraslan oğlu – “Atəşgah Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədridir. Böyük Britaniyanın “Oxford Universiteti”nin maliyyə üzrə magist dərəcəsi alıb.
Fuad ALLAHVERDİYEV – “Qala Sığorta”nın İdarə Heyətinin sədridir. Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin “Rusiya Hüquq Akademiyası”nı bitirib.
Yerli təhsilli sədrlər:
Orxan Əfəndiyev - “Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyətinin sədri
Ülviyə Cabbarova - “Paşa Sığorta”nın İdarə Heyətinin sədri - yerli təhsil
Roman Kurbanau – “Xalq Sığorta”nın İdarə Heyətinin sədri
Mahir Niftəliyev - “Günay Sığorta” şirkətinin İdarə Heyətinin sədri vəsifəsini icra edən
Roman Vəliyev - “Xalq Həyat » Sığorta şirkətinin İdarə Heyətinin sədri
Anar Talıbov – «Qala Həyat» Sığorta şirkətinin idarə Heyətinin sədri
Anar Bayramov – « A-Group» sığorta şirkəti, İdarə Heyətinin sədri
Ramin Məmmədov – "Bakı Sığorta" şirkətinin İdarə Heyətinin sədri
Bəxtiyar Məmmədov – "Naxçıvansığorta" şirkətinin İdarə Heyətinin sədri
Niyaz İsmayılov – "PAŞA Həyat" Sığorta şirkəti, İdarə Heyətinin sədri
Aftandil Hacıyev – "Azərsığorta" Dövlət Sığorta şirkəti, İdarə Heyətinin sədri vəzifəsini icra edən