FED.az saytı oxucuların marağını nəzərə alaraq, xarici təhsilli sığorta şirkətlərinin sədrləri barədə növbəti yazını təqdim edir.
Səlçuk Adıgözəl – “AXA MBASK” İdarə Heyətinin sədri
O, 1992-1996-cı illərdə Marmara Universitetinin iqtisadiyyat və idarəetmə fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb.
Niyazi İmanov - “İpəkyolu Sığorta” şirkətinin İdarə Heyətinin sədri
N.İmanov 2015-2017-ci illərdə Hollandiyanın “Maastricht School of Management” universitetinin “Executive MBA” dərəcəsi üzrə təhsil alıb.
Əliyev Azər Allahverdi oğlu – “Atəşgah Sığorta”nın İdarə Heyətinin sədri
O, Fransa Neft İnstitutu (IFP Məktəbi Rueil-Malmaison, Fransa) və Moskva Dövlət Hüquq Akademiyasında (Rusiya Federasiyası) magistr təhsili alıb.
Əliyev Azər Əmiraslan oğlu – “Atəşgah Həyat Sığorta”nın İdarə Heyətinin sədri
Böyük Britaniyanın “Oxford Universiteti”nin maliyyə üzrə magistr dərəcəsi alıb.
Fuad Allahverdiyev – “Qala Sığorta”nın İdarə Heyətinin sədri
F.Allahverdiyev Rusiya Federasiyası Ədliyyə Nazirliyinin “Rusiya Hüquq Akademiyası”nı bitirib.
Sevinc Gülmalıyeva – “Meqa Sığorta”nın İdarə Heyətinin sədri
S.Gülmalıyeva Böyük Britaniyanın “Çarter Sığorta Universiteti”nin məzunudur.
Ülviyə Cabbarova - “Paşa Sığorta”nın İdarə Heyətinin sədri
Roman Kurbanau – “Xalq Sığrta”nın İdarə Heyətinin sədri
Qeyd edək ki, “Paşa sığorta” və “Xalq sığorta” şirkətlərinin PR menecerləri sədrlərinin təhsili ilə bağlı məlumat verməyiblər.
Sığorta şirkətlərinin xarici təhsilli CEO-rı -ADLAR
12:45
8 Dek 2017