Azərbaycanda sığorta şirkətlərinin yanvar-oktyabr ayları üzrə sığorta yığımları açıqlanıb.
FED.az xəbərn verir ki, ilk 10 ayda sığorta bazarının həcmi 705,7 milyon manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% artıqdır.
Sığorta yığımlarının byöük hissəsi 416 milyon manat və ya 59%-i «Paşa Holdinq»ə daxil olan iki şirkətin - “Paşa Həyat Sığorta” və “Paşa Sığorta”nın payına düşür.
İlk 5-likdə sonrakı yerləri «Azərsığorta» dövlət şirkəti, «Qala Sığorta» və «Atəşgah Həyat» şirkətləri tutur.
Hələlik ən az yığım etmiş şirkət «Meqa Həyat Sığorta» şirkətidir – cəmi 382 min manat.
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmini tətliq edən Aqrar Sığorta Şirkəti isə ilk 10 ayda 4 milyon 661 min manat sığorta haqqı toplayıb.
min manat |
||
№ |
Sığortaçının adı |
Sığorta haqları |
1 |
“Paşa Həyat Sığorta” ASC |
257 860 |
2 |
“Paşa Sığorta” ASC |
157 705 |
3 |
Azərsığorta DŞ |
53 452 |
4 |
“Qala Sığorta” ASC |
37 880 |
5 |
“Atəşgah Həyat” ASC |
34 194 |
6 |
“Xalq Sığorta” ASC |
25 096 |
7 |
“Meqa Sığorta” ASC |
22 321 |
8 |
“Atəşgah” ASC |
19 397 |
9 |
“AtaSığorta” ASC |
10 206 |
10 |
“Qala Həyat” ASC |
16 497 |
11 |
“İpək Yolu Sığorta” ASC |
14 939 |
12 |
“A-Qroup” ASC |
11 235 |
13 |
“Sənaye Sığorta” ASC |
10 558 |
14 |
“AzSığorta” ASC |
9 399 |
15 |
“Günay Sığorta” ASC |
8 652 |
16 |
"Xalq Həyat" ASC |
5 115 |
17 |
"Aqrar Sığorta" ASC |
4 661 |
18 |
“Bakı Sığorta” ASC |
4 185 |
19 |
"Naxçıvansığorta" ASC |
1 967 |
20 |
“Meqa Həyat Sığorta” ASC |
382 |
Yekun |
705 700 |