Azərbaycan avtomobil sığortası bazarı bu ilin yanvar-avqust aylarında böyüyüb. Belə ki, ölkədə avtomobil sığortası bazarı 7,4 % artıb.
Bazarın 21,6%-i avtomobil sığortasına aid olub
Belə ki, sığorta şirkətləri yanvar-avqust aylarında avtomobillərin icbari sığortası, kasko və könüllü məsuliyyət sığortası üzrə 79,679 milyon manat sığorta haqqı toplaya bilib. Ötən ilin eyni dövründə isə bu rəqəm 74,215 milyon manat təşkil etmişdi.
Avtomobil sığortasında yığımlarla yanaşı, ödənişlər 1,8% artıb. 8 aylıq nəticələrə əsasən, sığorta şirkətləri 35,672 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə isə bu rəqəm 35,058 milyon manat olmuşdu.
Avtomobil sığortası |
Yığım
|
Ödəniş
|
||
Tarix |
2017/8 ay |
2016/8 ay |
2016/8 ay |
2016/8 ay |
Bazar payı |
21,6% |
20,8% |
21,4% |
25,6% |
Kaskoda yenidən geri sayım davam edir
Sığorta şirkətlərinin kasko kampaniyaları özünü doğrultmur. Avtomobillərin könüllü sığortasında yenidən geri sayım başlayıb. Belə ki, ötən ilin yanvar-avqustaylarında sığorta şirkətləri 15,166 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu ilin eyni dövründə isə könüllü avtomobil sığortasından 14,244 milyon manat sığorta haqqı yığılıb. Başqa sözlə, kasko sığorta üzrə yığımlar 6,1 % azalıb.
Kasko üzrə ödənişlər isə 9,789 milyon manatdan 7,392 milyona düşüb – yəni 55,7% azalma qeydə alınıb.
İcbari avtomobil sığortasında artım olub
Sığorta sektorunun dayaq sütunlarından olan icbari avtomobil sığortasında isə yığımlar artıb. Statistikaya əsasən 2017-ci ilin yanvar-avqust aylarında icbari avtomobil sığortası üzrə yığımların həcmi 64,687 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% çoxdur.(2016-ci ilin yanvar-avqustayları üzrə 57,990 milyon manat).
Bu növ üzrə sığorta ödənişləri 11,8% artaraq 28,202 milyon manat olub. Ötən ilin eyni dövründə 25,223 milyon manat təşkil etmişdi.
Könüllü məsuliyyət sığortası da azalıb
Kasko sığorta ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da azalıb. Sığorta şirkətləri bu növ üzrə ötən ilin 8 ayında 1,058 milyon manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 29,5% azalaraq 746,585 min manat təşkil edib.
Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər də, 18,6% azalaraq 77,262 min manat olub.
Avtosığortada ödəniş xərcləri aşağı düşüb
Sektor üzrə aparıcı növ olan avtomobillərin icbari sığortasında yığımların xeyli artması bazar üzrə zərərlilik göstəricisini aşağı salıb. Belə ki, şirkətlər avtomobil sığortasından topladıqları hər 100 manatdan 44,7 manatını ödəniş olaraq müştərilərə geri qaytarıblar. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 47,2 manat təşkil etmişdi.
Sığorta növləri |
Yığım |
Yığım dinamikası |
|
2017/8ay |
2016/8ay |
||
Kasko |
14244819,22 |
15166715,68 |
-6,1% |
Avto. mülki məsuliyyət.könüllü sığortası |
746 585,40 |
1 058 667,22 |
-29,5% |
İcbari avtomobil sığortası |
64 687 862,58 |
57 990 143,72 |
11,5% |
Cəmi |
79 679 267,20 |
74 215 526,62 |
7,4% |
Bazar üzrə ümumi yığımlar |
368 915 448,98 |
356 180 209,27 |
3,6% |
Sığorta növləri |
Ödəniş |
Ödəniş dinamikası |
|
2017/8 ay |
2016/8 ay |
||
Kasko |
7392624,69 |
9 739 673,87 |
55,7% |
Avto. mülki məsuliyyət.könüllü sığortası |
77 262,60 |
94 868,34 |
-18,6% |
İcbari avtomobil sığortası |
28 202 690,48 |
25 223 647,04 |
11,8% |
Cəmi |
35 672 577,77 |
35 058 189,25 |
1,8% |
Bazar üzrə ümumi ödənişlər |
167 060 917,49 |
136 771 501,69 |
22,1% |
Fins©