FED.az hesabata istinadən Azərbaycanda ən zərərli sığorta növlərini araşdırıb. Məlum olub ki, son statistikaya əsasən ən zərərli sığorta növü işçilərin dələduzluğu sığortasıdır. Ən zərərli sığorta növləri arasında 1,5 dəfə ilə yük daşıyanın mülki məsuliyyətinin sığortası 2-ci olub.
Statistika sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasına yaxın durmamalarının səbəbini də göstərib. Belə ki, əkin sahələrini sığortalayan şirkətlər yığdıqlarından 7,2% artıq ödəniş həyata keçiriblər. Daha çox yatırım imkanı kimi çıxış edən həyatın yaşam sığortası isə 88,4% göstərici ilə 4-ci olub. Tibbi sığorta üzrə isə şirkətlər yığdıqları hər 100 manatın 64,8 manatını ödəniş olaraq müştərilərinə verib.
Sığorta sinifləri |
Sığorta haqları |
Sığorta ödənişləri |
Zərərlilik |
işçilərin dələduzluğu sığortası |
668 738,63 |
1 719 220,00 |
257,1% |
yük daşıyanın mülki məsuliyyətinin sığortası |
28 909,49 |
45 935,99 |
158,9% |
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası |
1 324 136,01 |
1 419 365,96 |
107,2% |
həyatın yaşam sığortası |
98 672 867,67 |
87 197 060,69 |
88,4% |
tibbi sığorta |
64 981 929,26 |
42 117 391,83 |
64,8% |
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası |
5 603 364,00 |
3 270 450,00 |
58,4% |
Kasko |
16 894 267,56 |
8 370 906,93 |
49,5% |
Icbari avtosığorta |
71 877 752,01 |
31 945 613,98 |
44,4% |