Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər üçün attestasiya keçiriləcək.
FED.az MBNP-ə istinadən xəbər verir ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.
Attestasiya 13 dekabr 2018-ci il tarixində keçiriləcək.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
Siyahıya buradan baxa bilərsiniz.
Sığorta şirkətlərində rəhbər vəzifə tutmaq istəyənlər üçün attestasiya olacaq
11:30
11 Dek 2018