Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL-2022)
FED.az xəbər verir ki, araşdırmaya görə, sığorta şirkətləri üçün ən zərərli sığorta növü (digər icbari sığorta növləri çıxılmaq şərtilə) avtomobillərin icbari sığortası (NVSMMİS) olub. Sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 86 manatını ödənişə yönəldiblər. Həyatın yaşam sığortası üzrə ödəniş yığım nisbəti 56,1%, könüllü tibbi sığorta üzrə 53,3%, KASKO sığorta üzrə isə 42,6% təşkil edib.
Sığorta şirkətləri üçün ən gəlirli sığorta növü hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası olub. Bu sığorta növü üzrə 6,6 milyon manat sığorta haqqı toplansa da, hər hansı ödəniş olmayıb. Göstəricilərə əsasən ən gəlirli sığorta növləri sıranda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası ( 4,4 milyon manat), su nəqliyyat vasitələrinin sığortası (3,4 milyon manat) və peşə məsuliyyətinin sığortası (658 min manat) yer alıb.
Qeyd edək ki, sığorta növlərinin zərərliliyi üzrə göstəricilər daha ətraflı cədvəldə qeyd edilib.
Sığorta sinifləri |
Sığorta haqqları |
Sığorta ödənişləri Min manatla |
Ödəniş/Yığım |
digər icbari sığorta növləri |
21,8 |
635,1 |
30,2 dəfə |
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası |
59 149,7 |
50 845,7 |
86,0% |
həyatın yaşam sığortası |
232 489,7 |
130 339,9 |
56,1% |
tibbi sığorta |
81 341,7 |
43 343,0 |
53,3% |
avtonəqliyyat vasitələrinin sığortası |
22 349,9 |
9 520,8 |
42,6% |
kənd təsərrüfatı heyvanlarının sığortası |
2 122,9 |
309,3 |
14,6% |
həyatın ölüm halından sığortası |
15 204,1 |
1 816,8 |
11,9% |
fərdi qəza və xəstəlik sığortası |
1 555,5 |
174,8 |
11,2% |
xaricə səfər edən vətəndaşların sığortası |
2 610,2 |
226,0 |
8,7% |
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
746,9 |
45,5 |
6,1% |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta |
45 141,6 |
2 237,4 |
5,0% |
sağalmaz xəstəliklərdən sığorta |
611,7 |
30,0 |
4,9% |
əmək qabiliyyətinin sığortası |
709,6 |
25,6 |
3,6% |
əmlakın yanğından və digər risklərdən sığortası |
32 289,3 |
889,5 |
2,8% |
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası |
697,7 |
18,3 |
2,6% |
daşınmaz əmlakın icbari sığortası |
36 734,4 |
609,2 |
1,7% |
hava nəqliyyatı vasitələrinin sığortası |
18 878,3 |
40,8 |
0,2% |
ümumi mülki məsuliyyətin sığortası |
8 036,9 |
15,9 |
0,2% |
yüklərin (nəqliyyat) sığortası |
3 044,9 |
5,0 |
0,2% |
su nəqliyyat vasitələrinin sığortası |
3 373,8 |
0,0 |
0,0% |
dəmiryol nəqliyyatı vasitələrinin sığortası |
44,5 |
0,0 |
0,0% |
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası |
4 392,5 |
0,0 |
0,0% |
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən: |
102,4 |
0,0 |
0,0% |
- işçilərin dələduzluğu sığortası |
102,4 |
0,0 |
0,0% |
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
6 569,8 |
0,0 |
0,0% |
peşə məsuliyyətinin sığortası |
658,1 |
0,0 |
0,0% |
işəgötürənin məsuliyyət sığortası |
603,5 |
0,0 |
0,0% |
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |
88,9 |
0,0 |
0,0% |
kreditlərin sığortası |
467,9 |
0,0 |
0,0% |
işin dayanması ilə bağlı risklərdən sığorta |
417,4 |
0,0 |
0,0% |
sərnişinlərin icbari fərdi qəza sığortası |
45,6 |
0,0 |
0,0% |
(Apa)