“Azərbaycan Sənaye Sığorta” şirkətinin bu ilin 10 ayı üzrə nəticələri məlum olub. Şirkətin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 % azalaraq 5,443 milyon manat olub. Halbuki sığorta şirkəti 2015-ci ilin yanvar-oktyabr aylarında 9,263 milyon manat sığorta haqqı toplamışdı. Bu ilin sentyabr ayı ilə müqayisədə oktyabr ayında isə yığımlar 6,3 dəfə azalaraq 268 min manat olub. Sentyabr ayında sığorta şirkəti 1,692 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 21,7 % azalıb. Ötən ilin yanavr-oktyabr aylarında “Azərbaycan Sənaye Sığorta”nın ödənişləri 3,265 milyon manat olubsa, bu ilin eyni dövründə bu rəqəm 2,557 milyon manat olub. Sığorta şirkətinin bir aylıq yığımları 205 min manat olub.
Şirkətin yığımlarının kəskin azalması zərərliliyi də xeyli artırıb. Belə ki, ötən ilin 10 ayında sığorta şirkəti topladığı hər 100 manatdan cəmi 35,2 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Bu ilin eyni dövründə bu rəqəm 46,9 manat olub.
“Azərbaycan Sənaye Sığorta” bazar payına ötən ilin eyni dövrü ilə müqayisədən 10-cu pillədən 11-cü sıraya düşüb.Şirkətin bazar payı isə 1,3 % təşkil edib.
Fins©