"Atəşgah" sığorta şirkətinin İdarə heyəti sədrinin müavini Tural Ağayev vəzifəsini tərk edib.
FED.az Trend-ə istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, hələ bu vəzifə vakant qalır.
Hazırda İdarə heyətinə Tələt Səfərov rəhbərlik edir. Onun birinci müavini Əkbər Mədətli, müavini isə Fuad İsmayılovdur.
"Atəşgah" sığorta şirkəti 1996-cı ildə təsis olunub.