Bankların İdarə Heyəti sədrlərinin (İ.H.S) hansı təhsilə malik olduqlarını haqda əvvəlki yazımızda xəbər vermişdik. Hazırda isə əmlakımızı və həyatımızı kimlərə əmanət edirik sualına cavab veririk.
FED.az oxucuların marağını nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin İ.H.S vəzifəsində çalışanlar və bu vəzifəni müvəqqəti olaraq icra edənlərin hansı təhsilə malik olduqları haqda yazını təqdim edir:
Səlçuk Adıgözəl – “AXA MBASK” İdarə Heyətinin sədri
O, 1992-1996-cı illərdə Marmara Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb.
Həsən Bədəlov – “Günay Sığorta”nın İdarə Heyətinin sədri
H.Bədəlov 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Bankçılıq fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə isə həmin ixtisas üzrə magistr pilləsini başa vurub. İqtisad elmələri üzrə fəsləfə doktorudur (P.h.D).
Niyazi İmanov - “İpəkyolu Sığorta” şirkətinin İdarə Heyətinin sədri
N.İmanov 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə, 2001-2003-cü illərdə isə həmin ixtisasın magistr pilləsini fərqlənmə ilə bitirib.
2003-2006-ci illərdə həmin ixtisas üzrə aspirantura pilləsini başa vurub.
2015-2017-ci illərdə ADA Universitetinin Biznesin İdarəolunması ixtisasını, eləcə də həmin illərdə Hollandiyanın “Maastricht School of Management” universitetinin “Executive MBA” dərəcəsi üzrə təhsilini başa vurub.
N.İmanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur (P.h.D).
Əliyev Azər Allahverdi oğlu – “Atəşgah Sığorta”nın İdarə Heyətinin sədri
O, Fransa Neft İnstitutu (IFP Məktəbi Rueil-Malmaison, Fransa) və Moskva Dövlət Hüquq Akademiyasında (Rusiya Federasiyası) magistr təhsili alıb.
Əliyev Azər Əmiraslan oğlu – “Atəşgah Həyat Sığorta”nın İdarə Heyətinin sədri
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb.
“Oxford Universiteti”nin Maliyyə üzrə magistr dərəcəsində təhsilini başa vurub. İqtisad Elmləri namizədidir.
Anar Talıbov – “AzSığorta”nın İdarə Heyətinin sədri
O, 1999-cu ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
Müseyib Əliyev – “AtaSığorta”nın İdarə Heyətinin sədri.
1987-1993-cü illərdə Azərbaycan Xalq Təssərrüfatı İnstitutunu bitirib, iqtisadçıdır. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə aspiranturanı bitirib.
Azər Əlizadə - “Qala Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir (v.i.e).
Azərbaycan Xalq Təsərrufatı İdarəetmə İnstitutu, biznesin təşkili və idarəedilməsi ixtisasını bitirib.
Fuad Allahverdiyev – “Qala Sığorta”nın İdarə Heyətinin sədri.
F.Allahverdiyev Bakı Dövlət Universiteti və Rusiya Federasiyası Ədliyyə Nazirliyin Rusiya Hüquq Akademiyasını bitirib.
Anar Bayramov – “A Group Sığorta” şirkətinin İdarə Heyətinin sədri
O, 1991-1997 –ci illərdə Azərbaycan Tibb Universitetində bakalavr təhsili, 2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə (MBA) üzrə magistr təhsilini başa vurub.
Ramin Məmmədov – “Bakı Sığorta”nın İdarə Heyətinin sədri
2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb.
Sevinc Gülmalıyeva – “Meqa Sığorta”nın İdarə Heyətinin sədri
S.Gülmalıyeva Böyük Britaniyanın “Çarter Sığorta Universiteti”nin məzunudur.
Anar Sadıxov - “Standard Sığorta”nın İdarə Heyəti sədrinin vəzifəsini icra edən (v.i.e)
1997-2001-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultəsi bitirib. 2001-2003-cü illərdə həmin universitetin mühəndis iqtisadiyyatı və idarəetmə istiqamətinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakultəsi üzrə magitr təhsili alıb.
Emil Ağasıyev – “Əmrah Sığorta”nın İdarə Heyətinin sədri
O, 1993-1998-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsi üzrə bakalavr təhsili alıb. 1998-2000-ci illərdə isə həmin ixtisasın magistr pilləsini başa vurub.
Məmməd Məmmədov – “Azərsığorta”nın İdarə Heyətinin sədri
Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və İqtisadiyyat fakultəsi üzrə təhsil alıb.
Niyaz İsmayılov “PAŞA Həyat”ın İdarə Heyətinin sədri
O, 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsini, bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi üzrə təhsil alıb.
Fərhad Aslanov – “Rəvan Sığorta”nın İdarə Heyətinin sədri
1998-2002-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsi üzrə bakalavr təhsili alıb. 2002-2004-cü illərdə həmin universitetin Maliyyə və Kredit fakultəsində magistr dərəcəsi üzrə təhsilini bitirib.
Kamran Babayev - “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri
K.Babayev Azərbaycan Dövlət İqtisad Universitetin biznesin təşkili və idarəedilməsi, həmçinin Azərbaycan Beynəlxalq Universiteti hüquqşünaslıq fakultəsini bitirib.
Ülviyə Cabbarova - “Paşa Sığorta”nın İdarə Heyətinin sədri
Roman Kurbanau – “Xalq Sığrta”nın İdarə Heyətinin sədri
Qeyd edək ki, “Paşa sığorta” və “Xalq sığorta” şirkətlərinin PR menecerləri sədrlərinin təhsili ilə bağlı məlumat verməyiblər.
Sığorta şirkəti rəhbərlərinin təhsili - SİYAHI
10:43
8 Dek 2017