“Azərbaycan Sənaye Sığorta” ASC 2018-ci ilin yanvar-oktyabr ayları üzrə maliyyə məlumatlarını açıqlayıb. Şirkətdən FED.az-a verilən məlumata görə, cari ilin 10 ayı ərzində şirkətin ümumi sığorta haqqı yığımları 7,4 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,4 milyon manat (15,20 %) artıb.
ELƏCƏ DƏ BAX: Zəlzələdən uçan obyektə görə - 56 MİN MANAT ÖDƏNİLDİ
Şirkətdən bildirilib ki, 2018-ci ilin 10 ayı ərzində şirkətin ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olub. Şirkətin ən böyük sığorta ödənişi Yük sığortası növü üzrə olub.