Azərbaycanın sığorta sektorunun öz ombudsmanına ehtiyacı var.
FED.az-ın xəbərinə görə, bunu bank ombudsmanı İkram Kərimov deyib. Onun sözlərinə görə, müştərilər tez-tez sığorta hadisələri ilə bağlı ödənişləri vaxtında və tam həcmdə ala bilmədiklərindən şikayət edir:
“Müştərilər arasında göstərilən sığorta xidmətləri ilə bağlı narazılıqlar var. Fikrimcə, bu sahədə mübahisəli məsələlərin həlli ilə məşğul olacaq ombudsman təşkilatına ehtiyac var”.
Sığorta ombudsmanının yaradılması təklif olunur
11:35
27 Okt 2017