Sığorta bazarının məzmununu əks etdirən sığorta məhsulları (sinifləri) üzrə illik dinamikanı aşağıdakı cədvəllərdən görmək mümkündür:
Ümumi sığorta bazarı üzrə illik dinamika (sığorta sinifləri üzrə) | ||||
Sığorta sinifləri üzrə hesablanmış sığorta haqları haqqında məlumat (manatla) | ||||
2016-illik | 2017-illik | Fərq (+;- / %) | ||
Sığorta sinifləri üzrə yığımlar | 486 074 279 | 556 866 579 | 70 792 299 | 14,6% |
o cümlədən, (illik həcmi 10 mln. manatdan çox olan siniflər): | 456 147 737 | 521 293 098 | 65 145 361 | 14,3% |
həyatın yaşam sığortası | 79 775 616 | 137 927 658 | 58 152 042 | 72,9% |
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası | 81 073 632 | 92 604 047 | 11 530 415 | 14,2% |
tibbi sığorta | 84 668 441 | 83 165 692 | -1 502 749 | -1,8% |
həyatın ölüm halından sığortası | 35 382 840 | 37 942 389 | 2 559 550 | 7,2% |
əmlakın yanğından və digər risklərdən sığortası | 43 272 408 | 37 813 448 | -5 458 960 | -12,6% |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta | 31 249 250 | 33 165 399 | 1 916 149 | 6,1% |
daşınmaz əmlakın icbari sığortası | 25 196 906 | 27 928 381 | 2 731 475 | 10,8% |
avtonəqliyyat vasitələrinin sığortası | 21 260 451 | 22 546 881 | 1 286 430 | 6,1% |
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası | 17 040 783 | 15 147 674 | -1 893 109 | -11,1% |
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası | 12 321 183 | 12 260 440 | -60 743 | -0,5% |
hava nəqliyyatı vasitələrinin sığortası | 11 972 031 | 10 561 901 | -1 410 130 | -11,8% |
ümumi mülki məsuliyyətin sığortası | 12 934 198 | 10 229 187 | -2 705 011 | -20,9% |
Digər sığorta sinifləri üzrə | 29 926 542 | 35 573 480 | 5 646 938 | 18,9% |
Cədvəldən göründüyü kimi, 2017-ci ildə sığorta bazarının ən tələb olunan məhsulları həyat sığortasına aid “həyatın yaşam sığortası (yığım tərkibli)” və qeyri-həyat sığortası sahəsinə aid olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sinifləri məhsullar üzrə olub. Bu iki sinif üzrə illik artım (70 mln. manat) ümumi bazar üzrə artımı şərtləndirmişdir.
Digər ənənəvi sığorta növləri üzrə çox da böyük olmayan artım və azalmalar bazarın ümumi nəticəsinə əhəmiyyətli təsir etməyib.
Sığorta sinifləri üzrə verilmiş sığorta ödənişləri haqqında məlumat (manatla) | ||||
2016-illik | 2017-illik | Fərq (+;- / %) | ||
Sığorta sinifləri üzrə ödənişlər | 237 250 616 | 257 109 597 | 19 858 982 | 8,4% |
o cümlədən, (yığımlarının illik həcmi 10 mln. manatdan çox olan siniflər): | 234 296 674 | 251 219 683 | 16 923 009 | 7,2% |
həyatın yaşam sığortası | 88 108 078 | 124 045 577 | 35 937 499 | 40,8% |
tibbi sığorta | 61 568 809 | 53 002 789 | -8 566 019 | -13,9% |
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası | 40 842 902 | 44 763 625 | 3 920 723 | 9,6% |
avtonəqliyyat vasitələrinin sığortası | 15 527 316 | 10 873 820 | -4 653 495 | -30,0% |
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası | 9 615 025 | 4 482 960 | -5 132 065 | -53,4% |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta | 4 008 991 | 4 226 402 | 217 412 | 5,4% |
daşınmaz əmlakın icbari sığortası | 2 006 841 | 2 828 107 | 821 266 | 40,9% |
həyatın ölüm halından sığortası | 2 859 135 | 2 351 493 | -507 641 | -17,8% |
əmlakın yanğından və digər risklərdən sığortası | 5 442 764 | 2 214 390 | -3 228 374 | -59,3% |
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası | 1 284 641 | 1 360 077 | 75 436 | 5,9% |
ümumi mülki məsuliyyətin sığortası | 416 813 | 1 070 441 | 653 628 | 156,8% |
hava nəqliyyatı vasitələrinin sığortası | 2 615 360 | 0 | -2 615 360 | -100,0% |
Digər sığorta sinifləri üzrə | 2 953 942 | 5 889 915 | 2 935 973 | 99,4% |
2017-ci il üzrə verilmiş sığorta ödənişlərinə nəzər saldıqda, əsas xərclərin “həyatın yaşam sığortası”, “tibbi sığorta”, “icbari avtonəqliyyat sığortası” və “avtokasko sığortası” üzrə aparıldığı görünür. Diqqətçəkən məqam ondan ibarətdir ki, ötən ilə nisbətən yaşam (yığım) sığortası üzrə ödənişlərin artması qaytarılan məbləğlərlə bağlı təbii olsa da, tibbi sığorta və kasko sığortası üzrə ödənişlərin azalması sığorta bazarında ödəniş siyasətində sərtləşmənin başladığına işarə edir.
FED.az -Təhlil Qrupu