Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Sığorta

  1. Ana səhifə
  2. Sığorta
  1. Sığorta

Sığorta dələduzluğu və onunla mübarizə üsulları - MƏQALƏ

Sığorta dələduzluğu və onunla mübarizə üsulları - MƏQALƏ | FED.az
11:42 23 Noy 2022

Sığorta dələduzluğu və onunla mübarizə

Eləcə də bax: Milli sığortaçılığın 30 ili – MƏQALƏ - 2-Cİ YAZI

Sığorta dələduzluğu qeyri-qanuni sığorta müqavilələrinin tərtib edilməsini və ya mövcud sığorta müqaviləsi üzrə saxta iddiaların qaldırılmasını nəzərdə tutur. Bu, əmlak sığortasından tutmuş məsuliyyət sığortasına qədər sığortanın bütün spektrində baş verir. Sığorta dələduzluğu saxta iddialardan yararlanma fürsəti əldə etməkdən  mütəşəkkil cinayətkarlığadək gedib çıxa bilər. Sığorta dələduzluğunun geniş yayılmış müxtəlif formaları mövcuddur və sığortaçılar onun qarşısının alınmasına əhəmiyyətli məbləğdə sərmayə ayırırlar.

  1. Sığortada dələduzluğun mümkün formaları

Sığorta xidmətində müxtəlif növlərin tətbiq edilməsi sığorta dələduzluğunun da fərqli formalarının yaranmasını şərtləndirir. Bütün dünya sığortasında çox geniş yayılmış sığorta dələduzluğunun bəzi təzahürlərini aşağıdakı kimi sıralamaq olar:

1.1.Yalançı sığorta vasitəçiləri

Onlar sanki qanuni sığorta agenti və ya sığorta brokeri rolunda çıxış edir və müştərini aldatmaq üçün son dərəcə böyük ustalıqla saxta sığorta müqaviləsi  hazırlayırlar. Bu vasitəçilər daha sonra həmin müqavilələri öz gələcək “qurbanlarına” satırlar. Bu cür müqavilələr müxtəlif sığorta növlərini əhatə edə bilər. Müştərilər isə fırıldaqçılar tərəfindən aldandıqlarını yalnız sığorta hadisəsi zamanı sığortaçıya müraciət etdikdə bilirlər. Təssüf ki, cəmiyyətdə bütün fəaliyyət sahələrində belə “ağıllı və yaradıcı” neqativ insan kapitallarına rast gəlmək olur. 90-cı illərdə sığorta dələduzlarının sayı artmışdı və hüquq-mühafizə orqanları onlarla kəskin mübarizə aparırdılar. Sığorta məhsullarının internet satışının və elektron sığorta müqaviləsinin tətbiqindən sonra bəzi sığorta məhsullarına münasibətdə belə fırıldaqçılıq halları kifayət qədər azalmışdı.   

  1. 1.2. Əmlak sığortası fırıldaqçılığı - Yandırma fırıldaqçılığı

Daşınmaz əmlak, ev və ya biznes sahibinin sığortaçıya qarşı iddia qaldırmaq üçün öz əmlakını və ya obyektini qəsdən yandırmasıdır. Lakin müasir texnologiyanın imkanları sayəsində müstəntiq və ekspertlər əksər hallarda yanğının səbəbini, onun qəsdən törədilib-törədilmədiyini və hətta yanğın zamanı müəyyən əşyaların binada olub-olmadığını müəyyən edə bilirlər. Özəl sığortaçılığın ilk dönəmində üzdəniraq yanğın mühafizəçiləri də bu işdə dələduzlara yardımçı olurdular. Onlar müəyyən “qonorar” müqabilində hadisənin səbəblərini və tarixini müvafiq sığorta müqaviləsinin şərtlərinə “uyğunlaşdırırdılar”. Bu ikilik üçüncü tərəfi, sığortaçının aidiyyatı nümayəndəsini də “əməliyyata” cəlb edə bildikdə, “mükəmməl üçlük” yaranırdı. Nəticədə böyük saxtalaşdırmalardan sonra sığortaçının ödədiyi məbləği öz aralarında bölüşdürürdülər. Hazırda buna bənzər saxta iddialarla dələduzluq halları minimuma endirilmişdi. 

  1. 1.3 Oğurluq dələduzluğu

Əmlak, ev və ya biznes sahibinin heç vaxt baş verməmiş oğurluqla bağlı iddiası və ya sahib olmadıqları əşyalara münasibətdə iddia qaldırmaq üçün potensial qanuni oğurluq hadisəsindən istifadə etməsini nəzərdə tutur. Bu cür hallarda dələduzların sığortaçının aidiyyatı əməkdaşlarını da şirnikləndirməklə onları “prosesə” cəlb etməsi halları da mövcuddur.

  1. 1.4 Suyun uzunmüddətli təsiri ilə yaranan zərər

Bu, müəyyən qədər yanğın fırıldaqçılığına bənzəsə də, müqayisədə daha az təsadüf ediliən dələduzluq növüdür. Azərbaycanda buna nadir hallarda rast gəlsək də, dünya praktikasında bu, dələduzların “yararlandığı” üsullardan hesab edilir. Öz gələcək məqsədlərinə çatmaq üçün dələduzlar otaqlarda istiliyi artırır, ventiliyasıyanı məhdudlaşdırır, hətta qəsdən küncə-bucağa su tökürlər. Nəticədə müəyyən vaxtdan sonra böyük məbləğlə ölçülə bilən zərər yaranır. Bu qəbildən olan dələduzluq hallarını məhkəmələrdə də sübut etmək bəzən çətin olur.

  1. 1.5 Məsuliyyət sığortasında dələduzluq

Hazırda işəgötürənlərin bəlli risklərdən məsuliyyət sığortası çox aktualdır. Bir sıra ölkələrdə bu sığorta növü icbari qaydada həyata keçirilir.  İşçilər istehsalatda zədələnmə, xəstəlik və hətta ölüm hallarından sığortalanırlar. İşəgötürənlər saxta iddiaları əsasında sağlamlıqla bağlı zərərin şişirdilməsi, evdə deyil, işdə baş vermiş hadisə kimi rəsmiləşdirilməsi və s. yollarla kompensasiya əldə etməyə cəhd edə bilirlər. Bu cür hallarda dələduzluq hallarının müəyyənləşdirilməsi sığortaçının yüksək peşəkarlığından asılı olacaqdır.

  1. 1.6 Avtomobil sığortasında dələduzluq

Dələduzluq edən şəxs dostunun razılığı ilə onun avtomobilini oğurlaya və metalloma təhvil verə bilər. Bundan sonra avtomobilin oğurlanması iddiası ilə sığortaçı qarşısında iddia qaldıra bilər.  Bu cür xoşagəlməz halların qarşısını almaq üçün sığortaçılar müqavilənin istisna bölməsini mükəmməl işləməlidirlər.

  1. 1.7 Həyat və ya şəxsi sığorta növlərində dələduzluq

Dünya təcrübəsində təsadüf olunan acı dələduzluq hallarının müəyyən hissəsi də şəxsi və ya həyat sığortasının payına düşür. Ölkəmizdə bu sahədə statistik göstəricilər son dövrlərə qədər kifayət qədər böyük idi. Zədələnmələr zamanı, əlillik dərəcəsinin saxta yolla artırılması, xroniki xəstəliklə ağır ödəniş tələb edən müalicə və ya əməliyyatlara gedilməsi bu cür hallardan sayılır. İnkişaf etmiş ölkələrdə sığorta məbləğləri çox yüksək olduğundan sığortaçılar bəzən ağır itkilərlə üzləşməli olurlar.    

  1. Dələduzluq zamanı sığortaçının hüquqları

Sığorta dələduzluğu həm sığorta şirkətinə, həm də sığortalıya qarşı edilə bilər.

Dələduzluq hərəkətlərinin törədilməsi faktı müəyyən edildikdə, sığortaçı aşağıdakı hüquqlara malikdir:

• sığorta ödəmişini ödəməkdən imtina etmək;   

 • artıq ödənilmiş zərərin qaytarılmasını məhkəmə yolu ilə tələb etmək; 

 • təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün ona qarşı törədilmiş qanunsuz hərəkətlər barədə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmək.

  1. Özünüzü fırıldaqçılardan necə qorumalısınız?

• Müqavilə bağlayarkən, qəza yerində və itkilərin ödənilməsi zamanı heç vaxt boş blanklara və ya arayışlara imza atmayın. Bütün sətirlərin doldurulduğuna və boşluğun olmadığına əmin olun;

• Aidiyyatı şəxslər, o cümlədən  hüquq-mühafizə orqanlarının əməkdaşları istisna olmaqla, heç kimə sığortaçının əlaqə nömrələrini və öz nömrələrinizi verməyin. Onlar fırıldaqçılar tərəfindən istifadə edilə bilər;      

 • Sığorta hadisəsi zamanı yol polisi və ya FHN-nin nümayəndəsi gələnə qədər araşdırmaları davam etdirin, lakin son qərarı verməyin;    

 • Əgər kimsə sizə mövcud şəraitdən (sığorta hadisəsindən) yararlanaraq "pul qazanmağı" təklif etsə, qəti surətdə razılaşmayın. Sonrakı mərhələdə proseslər sizə qarşı çıxa bilər;

• Müqavilələri yeniləmək üçün zəng edilərkən sığortaçının aidiyyatı işçisi bütün lazımi məlumatlara malik olmalıdır. Müəyyən şübhələr yarandıqda isə, baş ofisdə görüşməkdə təkid edilməlidir;

• Pərakəndə satış zamanı və müqaviləni yeniləyərkən xüsusilə diqqətli olun. Məlumatları yoxlayın və dəqiqləşdirin;    

• Lazım gələrsə, məlumatı dəqiqləşdirmək üçün müştərinin nümayəndəliyi ilə əlaqə saxlayın.

Hörmətli sığorta əməkdaşları!

Bildiyiniz kimi, sığorta xidməti digər sahələrlə müqayisədə daha çox inam, etibar və xoş niyyətə söykənir. İstənilən sığortaçı üçün öz nüfuzunun və işgüzar reputasiyasının qorunub saxlanması 1 nömrəli məqsəddir. Siz də təmsil etdiyiniz sığortaçının yaxşı adının və imicinin qorunması, mütərəqqi ənənələrinin dəstəklənməsi üçün yorulmadan çalışmalısınız. Siz öz işinizlə korrupsiya, dələduzluq və digər qanun pozuntularının, özünüzə, şirkətinizə və tərəfdaşlarınıza qarşı bu cür neqativ hərəkətlərin qarşısını hər cür vasitələrlə almağa çalışmalısınız.

Unutmayın, qəza ekspertinin və ya mütəxəssisin sığortalı üçün ən həssas məqamlarda (sığorta hadisəsindən dərhal sonra) özünü qeyri-adekvat aparması müvafiq sığortaçıya böyük mənəvi zərbə vurur və onun əks-təbliğatına çevrilir.

Siz müştərilərə xidmət edərkən, öz hərəkətlərinizlə, gətirdiyiniz arqumentlərlə və söylədiyiniz fikirlərlə bir tək özünüzü deyil, həm də şirkətinizin  mövqeyini ifadə etmiş olursunuz. Təmsil etdiyimiz təşkilatın adını və nüfuzunu qorumaq isə böyük şərəf işi olmaqla, həm də vəzifə borcunuzdur.

Diqqət: Sığorta müqavilələrinin qəsdən saxtalaşdırılması və saxta iddiaların qaldırılması, habelə sığorta hadisəsi nəticəsində dəymiş ziyanın qəsdən şişirdilməsi sığorta dələduzluğu hesab edilir və buna görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaranır!

Müəllif Şükür Hüseynov, sığorta eksperti

Banner
Banner
  • Sığorta
  • dələduzluq
  • mübarizə
  • Şükür Hüseynov
  • sığorta
  • ekspert
Paylaş

Digər xəbərlər

Yerli sığorta bazarındakı problemlərin həlli müzakirə olunub - FOTOLAR
Sığorta 27 Yan 2023
Yerli sığorta bazarındakı problemlərin həlli müzakirə olunub - FOTOLAR
 Avtoicbari sığorta  “Azərsığorta”da həm də - ONLAYN OLDU!
Sığorta 27 Yan 2023
 Avtoicbari sığorta  “Azərsığorta”da həm də - ONLAYN OLDU!
“Xalq Sığorta”da icbari avto sığorta daha asan oldu – ONLAYN ƏLDƏ EDƏ BİLƏRSİNİZ
Sığorta 26 Yan 2023
“Xalq Sığorta”da icbari avto sığorta daha asan oldu – ONLAYN ƏLDƏ EDƏ BİLƏRSİNİZ
"A-Qrup" avto icbari sığortanı daha da asanlaşdırdı -  ONLAYN SATIŞ BAŞLADI
Sığorta 25 Yan 2023
"A-Qrup" avto icbari sığortanı daha da asanlaşdırdı - ONLAYN SATIŞ BAŞLADI
"AtaSığorta"dan avto icbari sığortanı artıq onlayn formada da - ƏLDƏ EDƏ BİLƏRSİNİZ
Sığorta 25 Yan 2023
"AtaSığorta"dan avto icbari sığortanı artıq onlayn formada da - ƏLDƏ EDƏ BİLƏRSİNİZ
Bu gün ölkənin tanınmış sığorta şirkəti - 18 YAŞINI QEYD EDİR
Sığorta 25 Yan 2023
Bu gün ölkənin tanınmış sığorta şirkəti - 18 YAŞINI QEYD EDİR
Azərbaycanda həyat sığortası 30%, qeyri-həyat sığortası isə - 2% ARTIB
Sığorta 25 Yan 2023
Azərbaycanda həyat sığortası 30%, qeyri-həyat sığortası isə - 2% ARTIB
Azərbaycanda könüllü sığorta 24% artıb, icbari sığorta isə - 6% AZALIB
Sığorta 25 Yan 2023
Azərbaycanda könüllü sığorta 24% artıb, icbari sığorta isə - 6% AZALIB
“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərində - YENİ TƏYİNATLAR – SİYAHI
Sığorta 24 Yan 2023
“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərində - YENİ TƏYİNATLAR – SİYAHI
Azərbaycanın sığorta bazarı - 15% BÖYÜYÜB
Sığorta 24 Yan 2023
Azərbaycanın sığorta bazarı - 15% BÖYÜYÜB
“Atəşgah” Sığorta Şirkətinə baş direktorlar - TƏYİN EDİLİB
Sığorta 24 Yan 2023
“Atəşgah” Sığorta Şirkətinə baş direktorlar - TƏYİN EDİLİB
"Günay Sığorta"nın rəhbərliyinə - YENİ TƏYİNAT
Sığorta 23 Yan 2023
"Günay Sığorta"nın rəhbərliyinə - YENİ TƏYİNAT
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan və Misir əczaçılıq sahəsində - Müştərək Müəssisələr Yaradacaq
    13:59 28 Yan 2023
  • Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə - GÖRÜŞÜ OLUB
    13:53 28 Yan 2023
  • Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücuma - MÜNASİBƏT BİLDİRİB
    13:38 28 Yan 2023
  • Dağlara qar yağacaq - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    13:34 28 Yan 2023
  • Rusiyadan xaricə pul köçürmələri rekord həddə çatıb - STATİSTİKA
    13:26 28 Yan 2023
  • İMEİ nömrəsinin dəyişdirilməsi üzrə protokol tərtib etmək səlahiyyəti olan - Vəzifəli şəxslər müəyyənləşəcək
    13:19 28 Yan 2023
  • Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
    13:09 28 Yan 2023
  • Azərbaycan-Misir sənədləri imzalanıb - FOTO
    13:00 28 Yan 2023
  • Malın gömrükdən buraxılmasına dair müraciətə - 1 GÜNƏ BAXILACAQ
    12:54 28 Yan 2023
  • Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək - MƏBLƏĞLƏR
    12:50 28 Yan 2023
  • Prezident Telekommunikasiya haqqında qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:45 28 Yan 2023
  • Malın gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair - QAYDALAR HAZIRLANACAQ
    12:42 28 Yan 2023
  • Dövlət qurumu yük avtomobilləri üçün yağlar və mayelər alır- TENDER ELANI
    12:40 28 Yan 2023
  • Dövlət qurumu minik avtomobilləri üçün yağlar və mayelər alır - TENDER ELANI
    12:38 28 Yan 2023
  • Prezident “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:38 28 Yan 2023
  • Xüsusi baş geyimlərinin alınması ilə bağlı - TENDER ELAN
    12:32 28 Yan 2023
  • AMB: Sığorta sektorunda boşluqların doldurulması istiqamətində işlər davam edir
    12:32 28 Yan 2023
  • G7 Rusiyanın dizel yanacağı üçün - 100-110 dollar qiymət həddini dəstəkləyir
    12:19 28 Yan 2023
  • Bakı Şəhər İH abadlıq üzrə çoxmilyonluq tender elan etdi
    12:08 28 Yan 2023
  • Ən çox maaş alan iri bankın baş direktorunun maaşı - 25 milyon dollara qədər azaldı
    12:03 28 Yan 2023
  • Bakı Şəhər İH malların alınması üzrə çoxmilyonluq tender elan etdi
    12:02 28 Yan 2023
  • Tesla səhmləri ardıcıl 2 gündə - 20%-DƏN ÇOX BAHALAŞIB
    11:59 28 Yan 2023
  • Ermənistanda qadınlar da hərbi xidmət edə biləcək
    11:54 28 Yan 2023
  • Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə - MÜZAKİRƏYƏ ÇIXARILACAQ
    11:51 28 Yan 2023
  • Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb - SİYAHI
    11:45 28 Yan 2023
  • “Nissan” mühərrikdəki nasazlığa görə 520 min avtomobili - GERİ ÇAĞIRIR
    11:39 28 Yan 2023
  • Rayonlarda texniki binanın icarəyə götürülməsi ilə bağlı - TENDER ELANLARI
    11:35 28 Yan 2023
  • BMT Azərbaycanın Tehrandakı səfirliyinə - HÜCUMU PİSLƏYİB
    11:32 28 Yan 2023
  • “Tatspirtprom” Azərbaycanda məhsulun butulkalara doldurulmasını - TƏŞKİL EDƏCƏK
    11:26 28 Yan 2023
  • Maliyyə Monitorinqi Xidməti – AUDİTOR SEÇİR
    11:22 28 Yan 2023
  • Bu şəxslərin də maaşı artırılaraq - 1296 MANAT OLDU
    11:17 28 Yan 2023
  • Xüsusi yağlar və mayelərin alınması üzrə - TENDER ELANI
    11:14 28 Yan 2023
  • Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
    11:01 28 Yan 2023
  • “Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
    10:48 28 Yan 2023
  • Dövlət qurumu 400 ton yonca otu alır - TENDER
    10:47 28 Yan 2023
  • Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
    10:42 28 Yan 2023
  • Dövlət qurumu 300 ton vələmir və yemlik arpa alır
    10:40 28 Yan 2023
  • Dövlət Sərhəd Xidməti – TENDER ELAN ETDİ
    10:35 28 Yan 2023
  • Misir Prezidentinin Bakıda Azərbaycanın iş adamları ilə görüşü olub - FOTOLAR
    10:33 28 Yan 2023
  • DOST Agentliyi - TENDER ELAN ETDİ
    10:29 28 Yan 2023
  • “Moody's” 2024-cü ilə qədər neft və qaz qiymətləri ilə bağlı - Proqnozlarına Yenidən Baxıb
    10:27 28 Yan 2023
  • İqtisadi Şuranın iclası keçirilib, bank sektoruna dair vergi məsələləri - MÜZAKİRƏ OLUNUB
    10:23 28 Yan 2023
  • Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI
    10:19 28 Yan 2023
  • Bakı Metropoliteni 279,7 ton metal məmulatı alır - TENDER ELANI
    10:16 28 Yan 2023
  • SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini - AÇIQLADI
    10:08 28 Yan 2023
  • Azərbaycanda şüşə şirkəti 122 ton polietilen örtük alır - TENDER ELANI
    10:05 28 Yan 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 28 Yan 2023
  • Müxtəlif növ qaynaq çubuqlarının alınması ilə bağlı - TENDER ELANI
    09:53 28 Yan 2023
  • Bu şirkət "Faktor Lizinq"i - MƏHKƏMƏYƏ VERİB
    09:39 28 Yan 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    09:28 28 Yan 2023
  • Dövlət qurumu 20 000 ədəd qulaqlı papaq alır
    09:20 28 Yan 2023
  • Dövlət Turizm Agentliyi – TENDER ELAN ETDİ
    09:12 28 Yan 2023
  • Müdafiə Nazirliyindən iki – TENDER ELANI
    08:56 28 Yan 2023
  • QMİ Azərbaycanın İrandakı səfirliyinə hücumu siyasi məqsədli terror aktı kimi qiymətləndirib - BƏYANAT
    18:26 27 Yan 2023
  • Səfirliyimizə hücum edən terrorçu rahatlıqla müsahibə verir - FOTO - VİDEO
    18:18 27 Yan 2023
  • Bir evə 2 nəfər - “KUPÇA” ALA BİLƏRMİ?
    18:12 27 Yan 2023
  • Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    18:03 27 Yan 2023
  • Azərbaycanda 5 şirkətin səhmləri satışa çıxarılır – SİYAHI
    18:03 27 Yan 2023
  • Azərbaycanda öhdəliklərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    17:57 27 Yan 2023
  • «Tesla» satışları artırıb - Rekord mənfəət əldə edib
    17:56 27 Yan 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!