2025-ci ildə Azərbaycanın icbari sığorta sektorunda əsl çökmə qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-aprel aylarında icbari sığorta sektorunda yığımlar kəskin aşağı düşüb.
Sığorta yığımlarının artıb-azaldığı sığorta sinifləri - RƏQƏMLƏR (YANVAR-APREL, 2026)
Azərbaycan Mərkəzi Bankının açqıladığı rəqəmlərə əsasən, icbari sığorta üzrə cəmi 92 milyon 213 min manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 milyon manat və ya 32,5% azdır. Xatırladaq ki, keçən bu vaxt icğari sığortadan 136,6 milyon manat yığılmışdı.
Azalmalar özünü icbari sığorta bazarının müxtəlif hissələrində – həm həyat, həm də qeyri-həyat sığortalarında göstərib. Belə ki, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 14,8 milyon manat və ya 39% azalaraq 22,8 milyon manata düşüb. Keçən il bu məbləğ 37,6 milyon manat olmuşdu.
Bundan da kəskin azalma daşınmaz əmlakın icbari sığortası üzrə baş verib. Son bir neçə ildə bu sığortanın inkişafı və təbliği üçün atılan addımlar artıq əhəmiyyətini itirib və bu sahədəki bum başa çatıb. Nəticədə əmlakın icbari sığotrtası üzrə yığılan sığorta haqları 4 dəfə azalaraq ötənilki 44.78 milyon manatdan 11,6 milyon manata düşüb – 33 milyon manat və ya 4 dəfə azalma baş verib.
Azərbaycannın sığorta bazarında müxtəlif sahələr üzrə yığımların artıb-azalmasını FED.az Renkinq səhifəsindəki cədvəldən izləmək olar.
Sığorta yığımlarının artıb-azaldığı sığorta sinifləri - RƏQƏMLƏR (YANVAR-APREL, 2026)















