FED.az-ın məlumatına görə, ilk 10 ayda 21 sığorta şirkətinin yer aldığı sığorta bazarının həcmi 462,7 milyon manat təşkil edir.
Bazarda ən böyük paya malik olan şirkətlər «Paşa Holdinq»ə məxsus olan «Paşa Həyat Sığorta» və «Paşa Sığorta» şirkətləridir. Bu şirkətlərinin yığımları müvafiq olaraq 123,4 milyon manat və 99,6 milyon manat təşkil edir. Başqa sözlə, iki şirkət ümumilikdə 223 milyon manat yığımla bazarın 48,2%-nə nəzarət edirlər.
Ümumilikdə siyahıda yer alan ilk 5 şirkət sığorta bazarının 68,7%-inə nəzarət edir.
Sığorta Şirkətinin Adı | Sığorta Haqları, manat |
“Paşa Həyat Sığorta” ASC | 123 370 841.56 |
“Paşa Sığorta” Şirkəti ASC | 99 611 436.24 |
A.R. Dövlət Sığorta Kommersiya Şirkəti | 36 193 430.00 |
“Atəşgah” Sığorta Şirkəti ASC | 30 549 656.83 |
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC | 27 881 117.41 |
Bazarın autsayderləri
Ən az sığorta haqqı toplayan şirkət isə əvvəlki kimi “Əmrah Sığorta” ASC-dir. Bu şirkət 10 ay ərzində cəmi 15 982 manat sığorta haqqı toplaya bilib. Bazarın autsayderləri sırasını 79,7 min manat sığorta haqqı ilə yeni yaradılmış «Naxçıvansığorta» şirkəti davam etdirir.
Ümumiyyətlə, bazarda sonr 3 yeri tutan sığorta şirkətlərinin topladığı sığorta haqlarının ümumi məbləği 60 min manatdan bir qədər artıqdır.
Sığorta Şirkətinin Adı | Sığorta Haqları, manat |
“Rəvan Sığorta” ASC | 517 282,06 |
“Naxçıvansığorta” ASC | 79,663.71 |
“Əmrah Sığorta” ASC | 15,982.25 |