Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yanvar-oktyabr aylarında sığorta bazarı üzrə göstəriciləri açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bazarın artması müşahidə olunur.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta (AzRe təkrarsığorta şirkəti nəzərə alınmadan) şirkəti tərəfindən 414 milyon 353 min manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dövrünə nisbətən 6,15% artım deməkdir. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 188 milyon 580 min manat təşkil edib. Sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,94% artıqdır.
Cari ilin ilk 9 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45.5 manatı sığorta hadisələrinın ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 42.7 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artaraq 281 milyon 648 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 17,8 artaraq 147 milyon 726 min manata yüksəlib.
İcbari sığorta bazarındakı göstəricilərdə isə azalma trendi müşahidə edilib. Belə ki, cari ilin 9 ayı ərzində toplanan sığorta haqları 132 milyon 705 min manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% azdır. İcbari növlər üzrə sığorta ödənişləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azalaraq 40 milyon 854 min manat təşkil edib.
Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin payına düşüb.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
http://fed.az/home/getfile/40354
http://fed.az/home/getfile/40355
Sığorta bazarı özünə gəlir – ARTIM VAR
09:35
27 Okt 2017