2019-cu ilin əvvəlində Azərbaycanda sığorta vasitəçilərnin forumunun keçirilməsi nəzərdə tutulur. Bu barədə FED.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli məlumat verib.
Artıq ASA bu tədbirlə bağlı hazırlıqlara başlayıb – oktyabrın 30-da Assosiasiyanın Vasitəçilər qrupunun iclası baş tutub. İclasda forumun keçirilməsi ilə bağlı təşkilatı işlər müzakirə edilib.
Qeyd edək ki, sığorta vasitəçiləri dedikdə sığorta agertləri və sığorta brokerləri nəzərdə tutulur. Sığorta agentlərindən fərqli olaraq ölkədə brokerlərin sayı o qədər də çox deyil və ümumilikdə cəmi 9 broker şirkəti fəaliyyət göstərir.
M.Abbasbəyli bildirir ki, brokerlərin sayının daha artıq olması və onların daha fəal olması müsbət olardı: «Çünki əhali bu brokerləri görmür, amma görməlidrlər, çünki onların işi brokerlərdən keçir».
Bununla yanaşı, vasitəçilər forumunun müzakirə edicəyi əsas məsələ sığorta agentləri ilə bağlı olacaq: «Agentlərin səviyyəsi qaneedici deyil, onların səviyyəsi artmalı və onlar lisenziyalaşmalıdırlar».