“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov sığorta qanunvericiliyində, o cümlədən icbari sığortanın tənzimlənməsində dəyişikliklər gözləyir.
ELƏCƏ DƏ BAX: Avtomobillərin icbari sığortasında – MÜHÜM YENİLİK
"Biz sığorta qanunvericiliyində, xüsusilə “İcbari sığorta haqqında” qanunda əsaslı dəyişikliklər gözləyirik. Məsələ bundadır ki, icbari sığortaya daha yüksək səviyyədə nəzərətə ehtiyac var. Bu, sığorta şirkətləri tərəfindən həyata keçirilən satışlara nəzarətə, eləcə də elektron sistemin tam inteqrasiyasına aiddir", - deyə o, bu gün jurnalistlərə bildirib.
T.Yunsurovun sözlərinə görə, gözlənilən digər dəyişiklik turistlərin sığortalanmasına aiddir. "Biz təkliflər hazırlamışıq. Bu təkliflər turistlərin sığortasının icbariləşdirilməsini nəzərdə tutur. Bu, sözügedən sığorta növünü inkişaf etdirməyə və sığorta yığımlarının həcmini artırmağa imkan verəcək", - deyə müavin qeyd edib.
Hazırda könüllü sığorta növünə aid olan turistlərin sığortası üzrə yığımlar kifayət qədər azdır. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə yığımlar 3 mln. 61,1 min manat, ödənişlər 603,3 min manat təşkil edib.