Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında 13 sığorta şirkətinin adı açıqlanıb.
Fed.az ın məlumatına görə, bunlar “AXA Mbask”, “A-Qroup Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta, “Azərbaycan Sənaye Sığorta”,
“Azsığorta, “Bakı Sığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Silkway Insurance” şirkədir.
Siyahıda həmçinin ölkənin yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisidir.
Siyahı ilə http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf linki vasitəsilə tanış olmaq olar.
Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən sığorta şirkətlərinin adları açıqlanıb
16:07
9 Okt 2017