"Bütün dünyada tətbiq edilən modeldə vətəndaşlar icbari tibbi sığortanın həyata keçirilməsində iştirak edirlər".
FED.az, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər: "Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olacaqlar. Dövlət bu vəzifəni öz üzərinə götürəcək.
Çalışacağıq ki, ilkin və sonrakı mərhələdə icbari tibbi sığorta haqqı insanlarımız üçün ağır yük olmasın. Eyni zamanda çalışmaq lazımdır ki, icbari tibbi sığorta real tibbi xidmətləri göstərmək qüdrətində olsun. Bax bu iki nöqtə uzlaşmalıdır.
Bu barədə hazırda hesablama işləri aparılır, Maliyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi ciddi surətdə bu məsələnin işləyir.
Güman edirəm ki, bir neçə aydan sonra bütün sənədlər hazır olacaq".