"Rəvan Sığorta" avtomobil sahibləri üçün çox sərfəli kasko sığorta paketi təqdim edib.
FED.az-ın məlumatına görə, kampaniyaya əsasən, müştəri 2 il kasko sığortası ödəməklə 3 il, 3 il kasko sığortası ödəməklə isə 5 il müddətinə kasko sığorta əldə etmiş olacaq.
Eləcə də bax:Sentyabrda sığorta şirkətlərinin nə qədər – SIĞORTA HAQLARI TOPLADIQLARI MƏLUM OLUB
Şirkətdən verilən məlumata görə, avtomobilin ilindən və marka modelindən asılı olaraq kasko sığorta ödənişi dəyişir.
Məsələn, 10 min manatlıq qiyməti olan avtomobil üçün bir illik kasko sığorta tarifi 350 manatdır. Amma «Rəvan Sığorta»da vətəndaş «2+1» kampaniyasından yararlanmaqla 750 manat ödəməklə, avtomobilini 3 il sığortalaya biləcək. Nəticədə illik sığorta haqqı 250 manat təşkil edəcək.
Avtomobilini «Rəvan Sığorta»da 5 illik kasko sığorta etdirmək istəyənlər isə «3+2» paketindən istifadə etməkdə 3 ilin pulunu ödəməklə 5 illik kasko sığortası əldə etmiş olacaq.
Məsələn, 10 min manat dəyəri olan avtomobilin 3 illik sığorta haqqı 1050 manat təşkil edir, amma sözügedən paketdə 3 illik qiymət cəmi 930 manata enir. Bu məbləğlə 5 il kasko sığortalanmaq olar, nəticədə illik sığorta haqqı 186 manata enir.
"Rəvan sığorta"dan FED,az-a verilən məlumata görə, müştərilər bu məbləği hissə hissə də ödəyə bilərlər. Seçilən paketdən asılı olaraq kasko sığorta haqqı 6-12 aylıq hissələrlə ödənilə bilər.
Bundan başqa, sığorta hadisəsi qarşı tərəfin ucbatından baş verərsə azadolma məbləği də olmayacaq.
Həmçinin “Rəvan Sığorta” avtomobilin evakuator xidməti xərcini də öz üzərinə götürür. Yəni qəza baş verən yerdən servisə qədər avtomobilin daşınma xərcini «Rəvan Sığorta» ödəyir.