Sentyabr ayında sığorta şirkətlərinin nə qədər sığorta haqqı topladığı məlum olub. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sentyabrda 11- sığorta şirkətinin yığımları 1 milyon manatdan çox olub.
Eləcə də bax:Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - MƏBLƏĞ, FAİZ (01.09.2019)
5 sığorta şirkətinin yığımları isə 2 – 3 milyon manat arasında dəyişir. Sığorta şirkətlərinin sentyabr ayında yığım məbləğləri isə aşağıdakı kimidir:
“Paşa Həyat”( 15 mln 817 min manat), “Paşa Sığorta” (14 mln 215 min manat), “Atəşgah Həyat”( 3 mln 594 min manat), “Qala Sığorta”( 2 mln 709 min manat), “Meqa Sığorta”( 2 mln 286 min manat), AzərSığorta (2 mln 266 min manat), “Xalq Sığorta” (2 mln 265 min manat), “Atəşgah” Sığorta Şirkəti (2 mln 195 min manat), “AZSIĞORTA”( 1 mln 533 min manat), “AtaSığorta”( 1 mln 382 min manat), “Standard Insurance”( 1 mln 320 min manat) təşkil edib.
Eləcə də bax:“Qala Həyat” ölkənin ən populyar sığorta şirkəti oldu - MEDİA HESABAT
Yığımları 1 milyon manatdan aşağı olan sığorta şirkətləri:
“Qala Həyat”(853,6 min manat),”Günay Sığorta (742 min manat), “A-Qroup Sığorta”(467 min manat),Azərbaycan Sənaye Sığorta (406,9 min manat),Rəvan Sığorta(241,1 min manat), “Xalq Həyat”(205,7 min manat), “İpək Yolu Sığorta”(73,4 min manat),”Naxçıvansığorta” (51,3 min manat), “Bakı Sığorta”(47,3 min manat), “Amrah Sığorta”(21 min manat), “AXA MBASK” Sığorta Şirkəti (-23,9 min manat)