Fəaliyyətini dayandırmağı qərara almış «Rəvan Sığorta» şirkəti bağlanması ilə əlaqəar olaraq əmlakını satışa çıxarıb.
Eləcə də bax: Azərbaycanda daha bir sığorta şirkəti - BAZARI TƏRK EDİR
FED.az xəbər verir ki şirkətin səhmdarlarının 12 iyun 2020-ci il tarixli protokoluna əsasən
1) «Rəvan Sığorta» ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 40 ünvanında yerləşən qeyri - yaşayış sahəsinin dəyəri ilkin ödəniş 38000 (otuz səkkiz min) manat olmaqla, qalan məbləğ 10 ay ərzində ödəmək şərti ilə Qasımova Nigar Vəzirxan qızına ƏDV xaric olmaqla 665720 (altı yüz altmış beş min yeddi yüz iyirmi) manat məbləğində satılsın;
2) “Rəvan Sığorta”ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 96,98 ünvanında yerləşən qeyri - yaşayış sahəsinin dəyəri ilkin ödəniş 8000 (səkkiz min) manat olmaqla, qalan məbləğ 10 ay ərzində ödəmək şərti ilə Qasımova Nigar Vəzirxan qızına ƏDV xaric olmaqla 139400 (bir yüz otuz doqquz min dörd yüz) manat məbləğində satılsın;
3) “Rəvan Sığorta”ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən qeyri - yaşayış sahəsinin dəyəri ilkin ödəniş 16000 (on altı min) manat olmaqla, qalan məbləğ 10 ay ərzində ödəmək şərti ilə Qasımova Nigar Vəzirxan qızına ƏDV xaric olmaqla 265230 (iki yüz altmış beş min iki yüz otuz ) manat məbləğində satılsın;
4) “Rəvan Sığorta”ASC-nin “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45% - ni təşkil edən payının dəyəri ilkin ödəniş 38000 (otuz səkkiz min) manat olmaqla qalan məbləğ 10 ay ərzində ödənilmək şərti ilə “Nurgün Grup” MMM - ə satılsın.
Bundan başqa şirkətin səhmdarlarının 25 iyun 2020-ci il tarixli protokoluna əsasən:
5) “Rəvan Sığorta”ASC-nin “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45%, 675027 manat dəyərində olan payının “Nurgün Grup” MMM - ə satılması ilə bağlı 13 iyun 2020 - ci il tarixli alqı - satqı müqaviləsinə xitam verilsin;
6) “Rəvan Sığorta”ASC-nin “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45%, 675027 manat dəyərində olan payının 97.78% - ni təşkil edən və 660026.4 manat məbləğində olan hissəsi ilkin ödəniş 22 999 manat olmaqla qalan məbləğ 10 ay ərzində ödənilmək şərtilə “Nurgün Grup” MMM - ə satılsın;
7) “Rəvan Sığorta”ASC-nin “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45%, 675027 manat dəyərində olan payının 2.22% - ni təşkil edən və 15 000 manat məbləğində olan hissəsi birdəfəlik ödəniş edilməklə Səfiyev Nicat Müşfiq oğluna satılsın.