Avqustun 10-da, saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbəer verir ki. yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.
Sığorta yığımlarına görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY 2020)
Yığıncağın gündəliyinə "Rəvan Sığorta"nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına Müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə Filialının ləğv edilməsi məsələləri daxildir.
Xatırladaq ki, 2020-ci ilin yanvar-may ayları üzrə «Rəvan Sığorta» yığımların həcminə görə, 1 milyon 58 min manatla, bazar payı 0,3% olmaqla ölkədə 21 şirkət arasında 18-ci yeri tuturdu.
`Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY 2020)
Ödənişlərin həcminə görə isə şirkət ilk 5 ayda 176 manat məbləğlə (bazar payı 0,12%) 21 şirkət arasında 18-ci yeri tuturdu.
Elanda deyilir:
“Rəvan Sığorta” ASC tərəfindən Səhmdarların Ümumi Yığıncağının keçirilməsi barədə B İ L D İ R İ Ş
10.08.2020-ci il tarixdə saat 11:00-da "Rəvan Sığorta"ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının iclası keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 40.
Gündəlikdə duran məsələ: 1. "Rəvan Sığorta" ASC-nin könüllü qaydada ləğv edilməsi məsələsinə münasibət.
2. "Rəvan Sığorta" ASC-nin lisenziyasının ləğvi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına Müraciət edilməsi məsələsinə münasibət.
3. Ləğvetmə Komissiyasının yaradılmasına münasibət .
4. "Rəvan Sığorta" ASC-nin Gəncə Filialının ləğv edilməsinə münasibət.
İdarə Heyətinin sədri Fərhad Aslanov
Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.