Oktyabrın 22-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışına dair hərrac keçiriləcək.
Bu barədə FED.az-a qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli və Mirzə Ağa Əliyev küçələrində mənzillərin birləşdirilməsi ilə yaradılmış 270,5 kv.m-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün 1,350 milyon manat (ilkin satış qiymətindən 10 % aşağı) qiymət müəyyən olunub. Bu məbləğin 1 %-i, yəni 13 500 manat beh kimi ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
İlkin hərrac qiyməti AZN |
Təkrar hərrac qiyməti AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56.6 м² |
1 500 000 |
1.350. 000 |
13.500 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46.5м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52.7 м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://e-herrac.com/advertisement/dasinmaz-emlak/tekrar-herracin-kecirilmesine-dair
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.