Fəaliyyət sahəsindən asılı olmayaraq hər bir işəgötürənin ən dəyərli resurslarında biri insan kapitalıdır. Əmək fəaliyyəti zamanı baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi və ya ölümü halında sığorta təminatının verilməsini nəzərdən tutan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü əldə etmək üçün işəgötürənlər “Atəşgah Həyat” Sığorta Şirkətinə müraciət etməyə davam edirlər.
Bu sığorta məhsulunun işəgötürənlərə və əməkdaşlara nə kimi faydası var?
Bu sığorta növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi halları və ya ölümü ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsini nəzərdə tutur. Sığorta hadisəsi baş verdikdə sığortaolunanın əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş əməkhaqqının əvəzində ona sığorta şirkəti tərəfindən pul təzminatı ödənilir.
Belə hallar baş verdikdə sığorta hadisəsi necə tənzimlənir?
Bir müddət öncə “Atəşgah Həyat” Sığorta Şirkətində İcbari həyat sığortası üzrə sığortalı olan şirkətin əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində yerindəcə vəfat etmişdir. Bu səbəbdən sığortaolunanın ailə üzvlərinə Şirkət tərəfindən 35 928 AZN sığorta təminatı ödənilmişdir.
Biznesinizi və özünüzü kiçik məbləğ müqabilində böyük xərclərdən sığortalamaq üçün Siz də vaxt itirmədən (012) 940 qısa nömrəsi ilə əlaqə saxlayaraq İcbari həyat sığortasını əldə edin!
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.