Azərbaycanda sığorta haqqında qanun qəbul olunanada bütün hər kəsə həm fiziki həm hüquqi şəxslərə məxsus daşınmaz əmlaklar o cümlədən vətəndaşlara aid mənzil , evlər və s bunların hamısı məcburi qaydada sığortalanmalıdır.
Daşınmaz əmlakın sığortalanması Bakı şəhərində 3 kateqoriyaya bölünüb. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, və digər rayon və şəhərlər . Sığorta üzrə eksper Xəyal Məmmədxanlı bildirib ki, Bakıda sığorta məbləği 25 min manatdır. Yəni bu o deməkdir ki, Bakıda sığortalınan daşınmaz əmlaka minimum sığorta ödəmisizsə maksimum 25 min manata qədər zərər dəyirsə onun əvəzi ödənilir.
ELƏCƏ DƏ BAX: Sığorta şirkətlərində rəhbər vəzifə tutmaq istəyənlər üçün attestasiya olacaq
Təbii ki, bu minimal məbləğdir. Çox pul ödədiyiniz zaman çox da ödəniş ala bilərsiz. Bunun müqabilində 50 manat sığorta haqqı ödəyirsiz.
Digər rayonlarda Gəncə, Sumqayıt, Naxçıvan da isə 40 manat aylıq ödəniş müqabilində əmlakınızı minimum 20 min manata qədər sığortalamış olursuz.
Yuxarıda adları qeyd olunmayan şəhər və rayonlarda daşınmaz əmlak üçün aylıq ödənilən 30 manat müqabilində isə 15 min manat sığorta ödənişi almaq mümkündür.
İldırım vurma, partlayış, təbii fəlakətlər, qonşunuzun sizə su axıtması, qərəzli hərəkətləri bütün bunlar hamısı sığorta təminatına daxildir – deyə ekspert bildirib.
Bunlardan hər hansı bir hadisə baş verəndə sığorta şirkətinə və müvafiq dövlət qurumuna xəbər verirsiz. və sığorta şirkəti hadisə yerinə baxır və zərərin qiymətini müəyyənləşdirir. Bundan sonra həmin zərərin sığorta məbləği həddində yəni 25 min manatdırsa həmin məbləği zərərçəkənə ödəyir.
Bu pulu sığorta şirkəti ya mənzili təmir etməklə ya da pul şəklində verir. Ammaödənişin formasını sığorta şirkəti seçir.
Lakin çox hallarda sığorta şirkəti mübahisələrdən yayınmaq üçün mənzili təmir etməkdənsə dəymiş zərərin məbləğini, pulu ev sahibinə ödəyir. (Fins)