Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Qala Sığorta» 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, təcrübəli top-menecment tərəfindən idirə olunan şirkətin mənfəəti 2022-ci ildə artıb.
Hesabata görə, 2022-ci ildə «Qala Sığorta»nın cəmi gəlirləri 42 milyon 418 min manat təşkil edib. Bunun 41,4 milyon manatı əsas əməliyyat gəlirləridir. Ondan isə 40,3 milyon manat toplanmış sığota haqlarıdır.
Daha 1 milyon maat təkrarsığortaçıların payı üzrə gəlirlərdən formalaşıb.
«Qala Sığorta» 2022-ci ildə investisiya gəlirlərindən 1,9 milyon manat qazanıb, amma xalis sığotrta ehtiyatlarının qiymətləndirilməsindən təqribən 1,3 milyon manat itirib.
Şirkətin illik cəmi xərcləri isə 29 milyon 54 min manat olub. Bunun 8,5 milyon manatı təkrarsığortaçılara ötürülən risklərə görə sığorta haqqıdır. Daha 6 milyon manat isə sığorta ödənişləridir. 2022-ci ildə «Qala Sığorta»da işlərin aparılması, yəni inzibati xərclər 13,5 milyon manat olub.
Nəticədə şirkət ili 13,4 milyon manat maliyyə mənfəəti ilə başa vurub.
Bunun 2,8 milyon manatı mənfəət vergisi kimi ödənilib, şirkətin xalis mənfəəti isə 10 milyon 567 min manat olub.
Maraqlıdır ki, 2022-ci ildə «Qala Sığorta»nın illik cəmi gəliri 2021-ci illə müqayisədə azalıb – 2021-ci ildə cəmi gəlir 43,4 milyon manat idi, yəni 2022-dən 1 milyon manat artıq. Buna baxmayaraq şirkətin xalis mənfəəti 2022-ci ildə 1,3 milyon manat daha artıq olub.
Bunun səbəbi, şirkətin xərclərinin 2 milyon manat azalmasıdır ki, bu da əməliyyat xərclərinin azalması ilə bağlıdır.
Daha dəqiqi, «Qala sığorta» 2022-ci ildə təkrar sığortaçılara 8,5 milyon manat ödədiyi halda, bir il əvvəl bu rəqəm 12 milyon manatdan artıq idi. Xərclərin azalması şirkətin mənfəətinin artaraq 10 milyon manatı keçməsinə imkan verib.
2022-ci ilin sonunda «Qala Sığorta»nın aktivləri 10 milyon manatdan çox artaraq 52,9 milyon manatdan 63 milyon manata yüksəlib.
Belə böyük artım qısamüddətli aktivlərin hesabına, daha dəqiqi qiymətli kağızlara yatırımların hesabına baş verib.
2021-ci ilin sonunda «Qala Sığorta» qiymətli kağızlarda 19 milyon manat vəsait saxlayırdısa, 2022-ci ilin sonuna bu məbləğ 42 milyon manat yüksəlib. «Qala Sığorta»nın qiymətli kağızlara yatırımlarının əksəriyyəti – 41,5 milyon manat Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarına yatırılıb.
Bununla yanaşı, 2022-ci ildən başlayaraq şirkət qeyri-dövlət qiymətli kağızlarına da 1 milyon manat yatırıb.
2022-ci ildə «Qala Sığorta»nın cəmi öhdəlikləri 5,7 milyon manat artaraq 38,7 milyon manata, kapitalı isə 500 min manat artaraq 2,44 milyon manata yüksəlib.