Yanvarın 29-da, saat 15:00-da “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124B ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Qala Sığorta” 2021-ci il üçün büdcəsinin təsdiq olunması, 2020-cu ilin maliyyə hesabatları üçün müstəqil auditorunun seçilməsi və digər məsələlər daxildir.