"Qala Sığorta" ASC 2019-cu ili 1 milyon 338 min manat mənfəətlə xalis başa vurub. FED.az xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 18,1% çoxdur.
Ötən il "Qala Sığorta"nın gəlirləri 31 milyon 22 min manat (illik müqayisədə 45,9% çox), xərcləri 29 milyon 317 min manat (47% çox), mənfəət vergisi ödəmələri isə 367 min manat (96,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 31 milyon 548 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,55% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 81,6% artaraq 21 milyon 804 min manata, balans kapitalı isə 15,9% artaraq 9 milyon 744 min manata çatıb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə məxsusdur.