"Atəşgah Sığorta" şirkəti 2017-ci ildə avtomobil sığortası üzrə ən yüksək məbləğli sığorta ödənişini açıqlayıb.
Şirkətdən FED.az saytına verilən məlumata görə, hadisə Bakıxanov küçəsində baş verib. Belə ki, könüllü sığorta növü üzrə sığortalanmış "Porsche Cayenne" markalı avtomobil "Mitsubishi L 200" markalı avtomobillə toqquşma nəticəsində zədələnmişdir. Həmin hadisə üzrə "Atəşgah sığorta" müştəriyə 38 601 AZN məbləğində sığorta ödənişi verib.
"Porsche"ni zədələdi - 38,6 min ödəniş aldı
14:54
13 Yan 2018