Ölkənin ən iri şirkətlərindən olan “PAŞA Sığorta” satış coğrafiyasını genişləndirməyi planlaşdırır.
FED.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, şirkət Naxçıvanda yeni filialını açmaq niyyətindədir. Bunula bağlı hazırda Naxçıvandakı ofisin inzibati binasının sənədləşməsi və işçi yığımı ilə bağlı işlər aparılır.
Şirkət FED.az ın sorğöusuna cabvabında bildirib ki, hazırda bu bölgənin sığorta bazarının, eyni zamanda mövcud əmək bazarının potensialı qiymətləndirilir.