PAŞA Sığorta şirkəti qarşıdan gələn Yeni il münasibətilə “Hədiyyə Festivalı” kampaniyasını elan edir.
Yanvarın 31-dək könüllü avtomobil sığortası (KASKO) və “Yaşıl Bakı” əmlak sığortası məhsulu üzrə müraciət edəcək müştərilər PAŞA Sığortadan Yeni il hədiyyəsini özləri seçə biləcəklər. Belə ki, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər kəs öz istəyinə uyğun olaraq “Azpetrol” şirkətindən, Bravo mağazalar şəbəkəsindən və ya “Maxi.az” məişət texnikası və elektronika mağazalarından 100 AZN balansa malik hədiyyə kartı seçmə imkanı qazanacaq. Bununla yanaşı, KASKO üzrə sığorta haqqı 2500 AZN-dən çox olan müştərilərə isə yuxarıda qeyd olunmuş məntəqələrdən biri üzrə 150 AZN nominallı hədiyyə kartı və ya “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Park Chalet” hotelində 2 nəfər üçün 1 gecəlik kupon təqdim ediləcək.