"PAŞA Həyat Sığorta" ASC inzibati işlər şöbəsinə işçi qəbulu elan edib.
Namizədlər ali təhsilli olmalı, Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməli, ofis proqramlarında işləməyi bacarmalıdırlar. Bu sahədə 1 il iş təcrübəsi də tələb olunur.
Vəzifə öhdəlikləri müştərilərin və qonaqların qarşılanması və müvafiq şöbə ilə əlaqələndirilməsi, telefon zənglərinə cavab verilməsi və aidiyyatı şöbə ilə əlaqələndirilməsi, müştərilərin və qonaqların inzibati binaya giriş və çıxış prosedurlarının yerinə yetirilməsi, müştəri və qonaqların sorğularının cavablandırılması, birbaşa rəhbərin digər göstəriş və tapşırıqlarının həyata keçilməsidir.
İş yeri şirkətin Bakıda yerləşən baş ofisindədir. İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. İşə qəbuldan 3 ay sonra işçi və ailə üzvləri könüllü tibbi sığortadan faydalana biləcəklər.
Arzu edənlər CV-lərini yanvarın 11-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.