Fed.az xəbər verir ki, "PAŞA Həyat" Gəncə filialına sürücü axtarır
Struktur bölmə: “Qərb” filialı
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Son müraciət tarixi 14 noyabr 2017-ci il
İş saatları (iş rejimi) 09:00-18:00
Vəzifənin öhdəlikləri:
1. Avtomobilə lazımi qulluq göstərmək (tələb olunan yanacaq, mühərrik yağı və soyuducu məhlul doldurmaq);
2. Xəttə çıxmadan öncə avtomobilin texniki vəziyyətini yoxlamaq;
3. Nəqliyyat vasitələrinin salonunun və xarici görünüşünün təmiz olmasına diqqət yetirmək və ehtiyac olarsa avtomobili xüsusi ayrılmış yerlərdə yumaq;
4. Nəqliyyat vasitələrinin iş prinsipləri, texniki baxılma qaydalarını bilmək və avtomobilin vaxtı vaxtında texniki baxışdan keçirilməsini təmin etmək;
5. Maşında tələb olunan sənədlərin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə, sığorta polisi, reklamın icazəsi) olmasını təmin etmək;
6. Tələb olduğu halda sənədləri lazımi ünvana çatdırmaq;
7. Təmiz və səliqəli görünüşə malik olmaqla xüsusi geyim formasına riayət etmək;
8. Müəssisənin reklamının həyata keçirilməsində (avtomobil üzərində olan loqolara nəzarət etməklə) iştirak etmək;
9. Əmək mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət etmək;
10. Nəqliyyat vasitələri ilə bağlı yaranan hadisə və problemlər haqqında dərhal rəhbərliyi məlumatlandırmaq;
11. Yol hərəkəti qaydalarına riayət etmək;
12. Yol hərəkəti qaydalarını pozulduqda tətbiq ediləcək cərimə sanksiyalarının ödənilməsinə şəxsən məsuliyyət daşımaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Minimum 1 il sürücülük təcrübəsi
Təhsili/ixtisası: Orta-ixtisas, peşə və yaxud orta təhsil, BC kateqoriyalı sürücülük vəsiqəsinin olması
Dil bilikləri: Azərbaycan dilini yüksək səviyyədə bilməlidir. Xarici dil biliyi üstünlükdür
Kompüter bilikləri: MS Office proqramları ilə tanışlıq
Fərdi keyfiyyət tələbləri: Etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, konfliktlərin/stresin idarə edilməsi, texniki işlərin planlaşdırılması və kordinasiyası.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 261.
Vakansiya üçün müraciət qaydası cv-lər “Qərb filialı - sürücü” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.