Maliyyə Bazarlarına Nəzarət Palatası “AXA MBASK” sığorta şirkəti ilə bəzi mətbuat orqanlarında haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Palata FED.az-ın sorğusuna cavab olaraq bildirib ki: “AXA Mbask” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilmişdir. Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-təqdimat verilmişdir.
Bildirilir ki, Palata tərəfindən heç kim işindən azad edilməyib.
Qeyd edək ki, bəzi saytlar “AXAMBASK” sığorta şirkətinin sədrinin işdən uzaqlaşması ilə bağlı dəqiq olmayan məlumat yayımlayıb. Yayılan məlumatda guya şirkətlə bağlı Palata tərəfindən sanksiya tətbiq edilib.