İSB-dan Fed.az-a verilən məlumata görə, bunların 9 975-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin oktyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 milyon manatdan çox olub.
2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5%, sığorta haqlarının məbləğində isə 1,0% azalma müşahidə edilib.
Oktyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 1,2% artaraq 82.4 manat təşkil edib.
2016-cı ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 870 047 sığorta müqaviləsi bağlanılıb. Bağlanılan müqavilələr üzrə sığorta haqları 69,6 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2%, sığorta haqlarının məbləğində isə 7% artım müşahidə edilib.