Banner

Sığorta

"Ötən il xaricdə qəza törədən sığortalı avtomobillərə 800 min manat ödəniş edilib"

"Ötən il xaricdə qəza törədən sığortalı avtomobillərə 800 min manat ödəniş edilib" | FED.az
11:26 8 May 2019

Azərbaycanda 2018-ci ildə sığortalı olub xarici ölkələrə gedən avtomobillər 213 sığorta hadisəsi törədib.

FED.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onu sözlərinə görə, bu hadisələrdən 141-i Rusiyada, 67-si Türkiyədə, 2-si Ukraynada, 2-si Almaniyada və 1-i Çexiyada baş verib.

Eləcə də bax: Maliyyə Palatası sığorta bazarının - GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI

“Xaricdə baş verən sığorta hadisələri üzrə cəmi sığorta ödənişi 811 762manat təşkil edib. Ödənişlərin 468 076 manatı Rusiya, 330 369 manatı Türkiyə, 905 manatı Almaniya, 216 manatı Ukrayna, 196 manatı Çexiyada baş vermiş sığorta hadisələri ilə bağlı olub”, - deyə R.Əhmədov vurğulayıb.

İcraçı direktorun sözlərinə görə, xaricdən Azərbaycana gələn Yaşıl Kart təminatı olan avtomobillər isə cəmi 43 hadisə törədib: “Sığorta hadisələrinin 16-ı Rusiya, 15-i Ukrayna, 8-i Türkiyə və hadisə isə digər xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə bağlı olub. Cəmi 75 124 manat, o cümlədən Rusiya üzrə 29 534 manat, Ukrayna üzrə 27 151 manat, Türkiyə üzrə 12 719 manat, digər ölkələr üzrə isə 720 manat sığorta ödənişləri həyata keçirilib”.

Hazırda Yaşıl Kart sığorta növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard Insurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “İpək Yolu Sığorta", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

“Yaşıl Kart” beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən, “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il 28 may tarixində sistemə üzv ölkə qismində qəbul edilib və 2016-cı ilin 1 yanvar tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir. 

Digər xəbərlər

Banner