2016-cı ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 730 sığorta tələbi qeydiyyata alınıb.
İcbari Sığorta Bürosundan Fed.az-a verilən məlumata görə, bu tələblər üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimidir:
2016-cı ilin oktyabr ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 246 manat təşkil edib. 2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50% artım müşahidə edilib.