Azərbaycan sığorta bazarının ən etibarlı şirkəti olan “Qala Həyat” 2017-ci il ərzində həyata keçirdiyi ən iri sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ildə “Qala Həyat” şirkəti tərəfindən bir sığorta hadisəsi üzrə 38 445 manata yaxın ödəniş edilib.
Qeyd edək ki, 2017-ci ildə “Qala Həyat” tərəfindən müxtəlif sığorta hadisələri üzrə ümumilikdə 17 582 577 manat həcmində sığorta ödənişi verilib. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.
Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.
Ölkənin ən etbarlı şirkəti iri həcmi sığorta ödənişini açıqladı - MƏBLƏĞ
16:34
5 Fev 2018