"PAŞA Həyat Sığorta" ASC indiyə qədər istiqrazlara 10 mln. manat investisiya yatırıb. Bunu jurnalistlərə açıqlamasında Şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov deyib. Onun sözlərinə görə, hazırda "PAŞA Həyat Sığorta" daşınmaz əmlaka investisiya qoyuluşunu dayandırıb: "Məlum risklərə görə daşınmaz əmlaka investisiyaları dayandırmışıq. Amma planda var ki, tezliklə bu investisiyalar bərpa edilsin".
N.İsmayılov qeyd edib ki, Şirkətin ümumi investisiya portfeli son 1 ildə 24%, ilin əvvəlindən isə 17% artaraq 129 mln. manat olub. Sədr müavini təmsil etdiyi şirkətin topladığı sığorta haqlarının ötən illə müqayisədə 45% artdığını da deyib: "Bu ilin əvvəlindən 61,8 mln. manat sığorta haqqı toplamışıq. Ötən ilin eyni dövründə bu rəqəm 42,5 mln. manat olub. 45% artım var".
Report©
Niyaz İsmayılov: "İstiqrazlara 10 mln. manat investisiya yatırmışıq"
12:01
28 Okt 2016