Azərbaycanda ilin sığorta şirkəti elan olunacaq. Yeniliyi insure.az onlayn sığorta platforması həyata keçirir. Bu barədə Fins.az-a şirkətin rəhbəri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, müsabiqəyə sentyabr ayında etibarən başlanılıb və “İlin sığorta şirkəti” dekabr ayının 25-də məlum olacaq. Müştərilər sayta daxil olaraq xidmətindən razı qaldığı sığorta şirkətinə səs verə bilər. M.Abbasbəyli səsvermənin daha obyektiv olması üçün sığortalı vətəndaşları aktiv olmağa çağırıb.
Qeyd edək ki, hazırda səsvermədə 2334 nəfər iştirak edib. Səslərin sayına görə, “AtaSığorta” siyahıda liderdir. “Qala Həyat” sığorta şirkəti 2-ci, tibbi sığorta üzrə ixtisaslaşan “A- Qroup Sığorta” isə 3-cüdür. Maraqlıdır ki, 3 sığorta şirkətinə indiyə qədər heç kim səs verməyib. Bunlar “AzərSığorta”, “Amrah Sığorta” və lisenziyası ləğv edilən “Başak İnam” sığorta şirkətləridir.