Mərkəzi Banka məxsus daşınar və daşınmaz əmlak növbəti bir il ərzində “PAŞA Sığorta”da sığortalanacaq. Belə ki, “PAŞA Sığorta” bununla bağlı Mərkəzi Bankın keçirdiyi tenderdə qalib seçilib. Şirkətin təqdim etdiyi təkliflər Mərkəzi Bankın tələblərinə cavab verən ən uyğun təkliflər hesab edilib. Müqaviləyə daşınar və daşınmaz əmlakın həm icbari, həm də könüllü sığortası daxildir.
Qeyd edək ki, ötən il də Mərkəzi Bankın daşınar və daşınmaz əmlakının sığortasını “PAŞA Sığorta” həyata keçirmişdi.
Fins.az©