Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir.
Tenderdə iştirak etmək üçün iddiaçılar ərizə, iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin notariat qaydada təsdiq edilmiş surəti, iştirak haqqının ödənilməsi haqqında bank arayışı, tender təklifinin 1%-i məbləğində bank təminatı, iddiaçıya sığorta fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyanın və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, 2015-ci il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı, vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanlarından arayış təqdim etməlidir.
İddiaçıdan tibbi sığorta sahəsində ən açı 3 il təcrübəsinin olmasını və bu sahədə korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənəd, ən azı 2 korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu tələb olunur. Tenderdə iştirak haqqı 300 manatdır.
Xidmətin göstərilməsinə 2017-ci il yanvarın 20-dən başlanacaq və bir il davam edəcək.
Tender proseduru 2017-ci il yanvarın 16-da saat 11:00-da MBNP-nin inzibati binasında keçiriləcək. İddiaçı tender təklifinin bank təminatının 2017-ci il 13 yanvar saat 17:00-a qədər, digər tələb olunan sənədləri ən geci 2017-ci il 5 yanvar saat 17:00-a qədər Palatanın Bülbül prospekti,27 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir.
Report©