Ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının ümumi yığıncağı 2020-ci il noyabrın 10-da Bakı şəhəri, Zahid Xəlilov küçəsi 206D nömrəli ünvanda keçiriləcəkdir.
Eləcə də bax: Konserv zavodunun ləğvi ilə bağlı - SƏHMDARLARI TOPLAŞIR
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə cəmiyyətin ləğvetmə balansının müzakirəsi və maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına aid audit təşkilatının hesabatı və sair məsələlər aiddir.
Səlahiyyətli nümayəndənizin adının əvvəlcədən bildirilməsini, vəkalətnaməsi və şəxsiyyət vəsiqəsi ilə birlikdə 10 noyabr 2020-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda olmasını xahiş edirik.