“Ə.Ansuxski adına Balakən konserv zavodu” ASC səhmdarları 25 noyabr 2020-ci il saat 17.00-da Balakən şəhəri, R.Səmədov küçəsi 20 nömrəli ünvanda cəmiyyətin növbəti illik ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Yarım milyondan çox kapitalı olan şirkətin ləğvi üçün - SƏHMDARLAR TOPLANIR
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. 2019-cu ilin maliyyə hesabatı və balansının təsdiqi.
2. Maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı.
3. Təftiş komissiyasının üzvlərinin yenidən seçilməsi.
4. Cəmiyyətin yaranmış kreditor borclarının qaytarılması.
5. Müəssisənin ləğvi.
6. Digər məsələlər.
Yığıncağın gündəliyi üzrə materiallarla yuxarıda qeyd edilən ünvanda tanış olmaq mümkündür. Əlaqə telefonu- 050 582 57 58
Qeyd edək ki, “Ə.Ansuxski adına Balakən konserv zavodu” ASC 22 sentyabr 2004-cü ildə 281 min 958 manat kapitalla yaradılmışdı.