Ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının nəzərinə!
FED.az xəbər verir ki, 27 iyul 2021-ci il tarixində ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
MArja xəbər verir ki, “Başak-İnam Sığorta Şirkəti” ASC səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2020-ci il üzrə fəaliyyətinin yekunu haqqında.
2. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aid müstəqil audit şirkətinin hazırladığı 2020-ci il üzrə illik audit hesabatının müzakirəsi və təsdiq edilməsi.
3. Cəmiyyətin aralıq balansının müzakirəsi və təsdiq edilməsi.
4. Cəmiyyətə vaxtı keçmiş olan borclar üzrə tələb hüququnun ötürülməsinin müzakirəsi.
5. Cəmiyyətin xalis aktivlərinin səhmdarlar arasında bölüşdürülməsinin müzakirəsi.
6. Sair məsələlər.
(Marja)